Məzmuna keçin
Ramada Plaza by Wyndham Gəncə yerləşdirilib

Baş mühasib

Şəhər
Gəncə
İş növü
Tam iş günü

Vakansiya haqqında

Təsvir

Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;

Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək;

Aylıq və illik bağlanış proseslərini həyata keçirmək;

Debitor və kreditor hesablaşmalarına, bank və kassa əməliyyatlarına nəzarət etmək;

Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənişini təmin etmək;

Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək;

Mühasibat hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq;

Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək göstərmək;

Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək;

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə)
  • Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək
  • Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər
  • Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu üzrə biliklər
  • Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank üzləşmələrinin aparılması üzrə təcrübə
  • Aylıq və illik mühasibat bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı

Üstünlük hesab olunur

  • Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur
  • Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür

Oxşar elanlar

Bütün Gəncə vakansiyaları →