Məzmuna keçin
Road And Construction yerləşdirilib

Kommersiya və xərclərə nəzarət meneceri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər

Tikinti layihələri üzrə kommersiya siyasətinin, büdcə və xərclərə nəzarət sisteminin hazırlanmasını və icrasını təmin etmək;

Layihələrin ilkin büdcələrini, smetalarını və faktiki xərclərini təhlil etmək, büdcəyə uyğunluğa nəzarət etmək;

Material, avadanlıq, texnika və podratçı xidmətləri üzrə qiymət təhlili və kommersiya müqayisələrini aparmaq;

Satınalma proseslərində iştirak etmək, təchizatçı və podratçılardan kommersiya təkliflərini toplamaq və qiymətləndirmək;

Podratçı və təchizatçılarla bağlanan müqavilələrin kommersiya şərtlərini, qiymətlərini və ödəniş qrafiklərini təhlil etmək;

Tikinti işləri üzrə görülmüş iş həcmlərini, aktları və ödəniş sənədlərini yoxlamaq;

Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqləri müəyyənləşdirmək, kənarlaşmaların səbəblərini araşdırmaq və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək;

Layihələrin maya dəyərinin hesablanmasına, gəlirlilik və mənfəətlilik göstəricilərinin təhlilinə nəzarət etmək;

Əlavə və dəyişiklik işlərinin (Variation Orders) dəyərinin hesablanmasını və kommersiya baxımından qiymətləndirilməsini təşkil etmək;

Layihələr üzrə pul vəsaitlərinin hərəkətini, ödəniş öhdəliklərini və maliyyə proqnozlarını izləmək;

Material sərfiyyatına, itkilərə və ehtiyatlardan istifadəyə nəzarət mexanizmlərinin tətbiqini təmin etmək;

Layihə rəhbərləri, satınalma, maliyyə, texniki nəzarət və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;

Layihələrin büdcəsi, xərcləri, müqavilələri, ödənişləri və mənfəətliliyi üzrə müntəzəm hesabatları rəhbərliyə təqdim etmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə, tikinti mühəndisliyi, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil
  • Tikinti sektorunda kommersiya idarəetməsi, Cost Control, Quantity Surveying və ya layihələrin büdcələşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi
  • Tikinti smetalarının, layihə büdcələrinin və faktiki xərclərin təhlili üzrə praktiki biliklər
  • Tikinti materialları, avadanlıqları, podratçı xidmətləri və satınalma bazarı üzrə məlumatlılıq
  • Müqavilələrin, kommersiya təkliflərinin və ödəniş sənədlərinin təhlili bacarığı
  • Plan-fakt təhlili, maya dəyərinin hesablanması və xərclərin optimallaşdırılması üzrə biliklər
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşüncə, detallara diqqət, danışıqlar aparmaq və qərarvermə bacarığı
  • Yüksək məsuliyyət, təşkilatçılıq və nəticəyönümlülük

Üstünlük hesab olunur

  • ERP və layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →