Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müştəri xidmətləri komandasının (qeydiyyat və çağrı) ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi;
Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğunu təmin etmək üçün tədbirlər görmək;
Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyyətləri, hüquqları çərçivəsində olan həll yollarını müəyyənləşdirmək, tətbiq etmək;
Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsi, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq.
Pasiyentlərin təkrar müraciətlərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;
Klinikada CRM sisteminin qurulması, tətbiqi və inkişaf etdirilməsi prosesinə rəhbərlik;
Qeydiyyat şöbəsi və çağrı mərkəzi arasında vahid CRM sistemi üzərindən inteqrasiya olunmuş iş prosesinin yaradılması;
Pasiyent məlumatlarının, müraciət tarixçəsinin və xidmət proseslərinin CRM üzərindən idarə edilməsinin təşkili;
CRM sistemində iş axınlarının (workflow) hazırlanması və optimallaşdırılması;
Xidmət standartlarının və prosedurlarının hazırlanması, tətbiqi və icrasına nəzarət;
Əməkdaşların iş qrafiklərinin hazırlanması və iş yükünün düzgün bölüşdürülməsi;
Fəaliyyət göstəricilərinin (KPI) təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Xidmət proseslərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması.
İş şərtləri:
İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısa iş günü;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Müştəri xidmətləri üzrə şöbə rəhbəri“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.
Tələblər
- Ali təhsil
- Azərbaycan, rus dili biliyi - əla
- Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi
- CRM sistemlərinin qurulması, tətbiqi və idarə olunması üzrə təcrübə
- İdarəetmə, təşkilatçılıq və liderlik bacarıqları
- Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallıq
- Yüksək təşkilatçılıq və liderlik bacarıqları
Üstünlük hesab olunur
- Tibb üzrə üstünlükdür
- İngilis dili biliyi arzuolunandır
Oxşar elanlar
- Telesatış üzrə MütəxəssisBaku Holiday Travel · Bu gün
- Sales Specialist – Construction & Building SolutionsIKMA Azerbaijan · Bu gün
- Sales Team ManagerTREVA · Bu gün
- Satış üzrə məsləhətçiGroup Motors · Dünən
- Satış üzrə MütəxəssisKaraca · 2 gün əvvəl
- Çağrı Mərkəzi OperatoruNooshCard MMC · 3 gün əvvəl