Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Sea Breeze Construction” MMC Topoqraf vakansiyasını elan edir:

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

Vəzifə öhdəlikləri:

  • Ərazinin təhlilinin aparılması, obyekt və hadisələrin ölçmələrinin yüksək dəqiqliklə həyata keçirilməsi, Abris (əl ilə çəkilmiş sxematik plan) tərtib etmək bacarığı;
  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik xəritə və planların (syomka) hazırlanması;
  • Şəhərsalma layihələri və həcm hesabatları üçün relyef ilə işləmək bacarığı;
  • Topoqrafik ölçmələr, xəritəçəkmə və ərazi təhlili sahəsində geniş biliklərə malik olmaq;
  • Topoqrafiya və geodeziya mühəndisliyinə aid ölçmə cihazlarından istifadə etmək bacarığı;
  • Topoqrafik məlumatları müvafiq proqram təminatlarına köçürərək hesabatların hazırlanması və təqdim edilməsi;
  • Sahədə baş verən dəyişiklikləri və iş prosesində irəliləyişləri mütəmadi olaraq izləmək və qrup rəhbərliyinə məlumat vermək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil – arzuolunandır (Geodeziya və Xəritəçilik mühəndisliyi);
  • Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • AutoCAD proqramında və Total Station, GPS avadanlıqları ilə sərbəst işləmə bacarığı.

Əlavə məlumat:

  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze
  • İş qrafiki: 6/1.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini e.abdullayeva@seabreeze.az elektron ünvanına göndərə bilərlər.