İşin təsviri
Sinteks Şirkətlər Qrupu – Premium-Lüks seqment üzrə “Mühafizəçi” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və müraciət zamanı tələb olunan müvafiq bilik və bacarıqların qeyd edilməsini xahiş edirik.
Vəzifənin rolu: Ticarət salonunun təhlükəsizliyini və mühafizəsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Mağazanın giriş-çıxış nöqtələrində qaydalara uyğun olaraq işçilərin yoxlanışını həyata keçirmək
- Malların itirilməsinin və şirkətin əmlakına zərərin qarşısını alınması üçün ticarət zalına nəzarət etmək
- Siqnalizasiya sisteminin işə düşməsi hallarında müvafiq şəxslərə məlumat vermək
- Fövqəladə hallarda ehtiyyat çıxışlara təhlükəsiz çıxışı təmin etmək
Tələblər:
Təhsil:
- Orta və ya orta-ixtisas təhsili
İş təcrübəsi:
- Xüsusi təcrübəyə tələb olunmur
- Nəzarətçi vəzifəsi üzrə təcrübə arzuolunandır
Professional bacarıq və kompetensiyalar:
- Detallara diqqət
- Məsuliyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.