Vakansiya haqqında
Vəzifə təsnifatı:
Kateqoriya: Mütəxəssis
Hesabat verir: Baş qazma mexaniki
Rəhbərlik edir: N/A
Vəzifənin məqsədi
Bir və ya iki cümlə ilə işin mövcüdluğunu/vacibliyini əsaslandırın
Mexaniki avadanlıqların fasiləsiz və texniki cəhətdən düzgün istismarını təmin etmək, onları saz vəziyyətdə saxlamaq, lazımi detalların zamanında sifariş olunmasını təmin etmək, əməliyyatların davamlılığını təmin etmək;
SOCAR AQŞ-nin Qabaqlayıcı xidmət, inspeksiya və sınaq proqramı (PMITP) haqqında tam məlumatlı olmaq.
Əsas öhdəliklər
Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində,o cümlədən zəruri hallarda gəmilərdə, vaqonlarda, sahildə və müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz şəkildə icra etmək;
Ehtiyac olduğu təqdirdə bütün mexaniki avadanlığa texniki qulluq göstərmək və təmir etmək, nasazlıqları araşdırmaq və hesabatları təqdim etmək;
Cavabdeh olduğu avadanlığı təmir və istismar etmək üçün hissələr, alətlər, ehtiyatlar haqqında hesabat vermək;
Təmir işini və avadanlıqların quraşdırılmasını uyğun şəkildə icra etmək;
Özü və ya başqaları tərəfindən üzərində işlənəcək avadanlığı izolyasiya etmək;
Texniki qulluq və təmir işlərini qazma əməliyyatlarına təsirini azaldacaq şəkildə planlaşdırmaq;
Avadanlıqdan düzgün istifadə edilmədiyi hallarda Baş qazma mexanikə bildirmək;
Qazma alətləri və qurğularını mühafizə etmək;
Texniki xidmət tələbatlarını yerinə yetirmək;
Ehtiyac olduğu təqdirdə qrup və ya müştərilərin iştirak etdiyi iclaslar, əlavə treninqlərdə olmaq;
Baş qazma ustasının təqdimatı əsasında Baş qazma mexanikini əvəz etmək;
SAP PM tərəfindən diktə edilən bütün mexanika baxımının, təmirinin və əsaslı təmirinin təmin edilməsi üçün məsuliyyət daşıyır- SOCAR AQŞ əməliyyatları boyunca dənizdə Texniki xidmət işçilərinə kömək etmək;
APİ Standartı və ölkə qanunvericiliyinə uyğun olaraq bütün Mexanika ilə bağlı avadanlıqların etibarlılığını həyata keçirmək, nəzarət etmək, təhlil etmək və işlək vəziyyətdə saxlamaq;
Avadanlıqların dənizdə və quruda təmiri və təchizatının nəzarətində iştirak etmək və vaxtında tamamlanmasını təmin etmək;
İş dayanan zaman, yeni platformaya köçdükdə və ya quyular arasında dayanma olduğu vaxt, aidiyyəti işçilərlə birgə texniki xidmətin planını hazırlamaqda kömək etmək;
Quruda və dənizdə işləyən Texniki xidmət işçilərinə əməliyyatlar zamanı öyrənilən dərslər və nəticələr barədə məlumat vermək;
Yeni layihə sənədlərinin Əməliyyatlar və Texniki xidmət arasında transferinin həyata keçirilməsi və nəzarətinin həyata keçirilməsində kömək etmək;
Texniki xidmət komandasının üzvü kimi əməliyyat tələblərinə əsaslanan tapşırıqların yerinə yetirmək;
SOCAR-AQŞ-nin məsuliyyəti altında olan bütün mexaniki avadanlıqların quraşdırılması, düzəldilməsi və texniki xidmətinə görə məsuliyyət daşımaq;
Mexaniki təchizat və təmir uğursuzluqları / fəaliyyəti ilə bağlı NPT qeyri-məhsuldar vaxta məsuliyyət daşımaqda yardımçı olmaq;
İşləri müəssisə dəyərlərinə uyğun təmin etmək;
Rəhbər tərəfindən tapşırılan işləri vəzifə təlimatına uyğun yerinə yetirmək;
İllik fərdi inkişaf planını birbaşa rəhbərlə birgə hazırlamaq;
Prosedurları şirkətin dəyərlərinə uyğun olaraq həyata keçirmək və hər hansı uyğunsuzluqlar baş verdikdə məlumat vermək.
Sağlamlıq və təhlükəsizliklə bağlı əmək funksiyaları
İş prosesində özünün və iş yoldaşının təhlükəsizliyini təmin etmək;
Müəsisənin bütün təhlükəsizlik üzrə təlimlərində, toplantılarında, yanğın və evakuasiya üzrə təlimlərdə iştirak etmək;
Müəsissədə tətbiq olunmuş təhlükəsizlik prosedurlarına riayət etmək;
İş sahəsində sağlamlığa, qurğuya və avadanlığa qarşı faktiki və ya potensial təhlükə barədə dərhal müvafiq tədbirlər görmək və ya yuxarı rəhbərə xəbər vermək;
Nəzarət etdiyi bütün işləri əvvəlcədən planlaşdırmaq, riskləri qiymətləndirmək, aidiyyəti tərəfləri işqabağı toplantıda öncədən məlumatlandırmaq;
Nəzarət etdiyi sahədə yerinə yetirilən tapşırıqların təhlükə potensialını müəyyən etmək üçün qiymətləndirmə aparmaq.
Ətraf mühitin mühafizəsi ilə bağlı əmək funksiyaları
Müəssisədə tətbiq olunmuş ekoloji standartlara riayət etmək;
Tullantıların idarə olunması prosedurunun tələbləri əsasında tullantıların ayrılması qaydalarına rəhbərlik və riayət etmək;
İş fəaliyyəti ilə bağlı ekoloji aspektlər barədə məlumatlı olmaq və nəzarət tədbirlərini yerinə yetirmək.
Tələblər
- Təcrübə: Müvafiq sahədə və vəzifədə 1 illik təcrübə
- Təhsil: Bakalavr və ya magistr dərəcəsi və ya ekvivalent təhsil
- Texnoloji savadlılıq, o cümlədən MS Office, Zoom, SAP və s. biliklər SƏTƏM standartları haqqında məlumatlılıq
- Maliyyə savadlılığı, maliyyə məlumatlarını oxumaq, emal etmək və izləmək bacarığı, əgər zəruridirsə
- SƏTƏM standartları haqqında məlumatlılıq və qabaqcıl biliklər
- Başqalarından öyrənməyə və başqaları ilə paylaşmağa açıq olan şəxsi keyfiyyət
- Açıq, aydın, şəffaf və mehriban şəkildə ünsiyyət qurmaq bacarığı
- Həll yolları yaratmaq və səhvlərə sahib çıxa bilmək bacarığı
- Öz üzərinə əlavə məsuliyyətlər və öhdəliklər götürmək bacarığı
- Tapşırıqları yerinə yetirmək üçün çevik yanaşma və “agile” düşüncə tərzi
- Təqdimatlar və dərin hesabatlar hazırlamaq bacarıqları
- Bütün maraqlı tərəflərlə münasibətləri düzgün və səmərəli şəkildə həyata keçirmək
- Department: Operations Support Services
- Unit: Maintenance
Üstünlük hesab olunur
- İngilis dili bacarığı arzuolunandır
- English language skills are preferred
Oxşar elanlar
- Senior software engineer (Java) /Böyük mühəndis-proqramlaşdırıcıAzərbaycan Dəmir Yolları · Bu gün
- Daxili təmir-tamamlama işləri üzrə sahə Mühəndisi (Ağdərə)North West · Dünən
- Senior Structural Design EngineerPASHA Real Estate Group · Dünən
- Təzə və dondurulmuş məhsulların sifarişləri üzrə qəbulediciAzerbaijan SuperMarket · Dünən
- Senior Electrical Design EngineerPASHA Real Estate Group · Dünən
- Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) üzrə MütəxəssisSOCAR Tech · Dünən