Məzmuna keçin
SOCAR AQS yerləşdirilib

Qazma ustası

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə təsnifatı:

Kateqoriya: Mütəxəssis

Hesabat verir: Baş qazma ustası

Vəzifənin məqsədi

Gün ərzində Baş qazma ustasının tabeliyində qazma əməliyyatlarının aparılması, işçilərin sağlamlıq və təhlükəsizliyinin qorunması.

Əsas öhdəliklər

Qazma meydançasında və onun idarə etdiyi bütün sahədə bütün əməliyyatlara nəzarət, əməliyyatların təhlükəsizliyinə, əməliyyat proseduruna və təhlükəsizlik siyasətinə əsasən aparılmasından əmin olmaq;

Gündəlik qazma məlumatlarını yoxlamalı, düzgün və effektli təhvil təslim etməlidir;

Quyunun vəziyyətini, qazma parametrlərinə əsasən müəyyən etməli və yoxlamalı. Quyuda baş verən problemlər zamanı müvafiq tədbir görməlidir;

Bütün əməliyyatlar zamanı, personalı məsləhət və qaydalarla təmin etmək və bəzi işçilərin tam təcrübə toplayana qədər işinə nəzarət etmək;

Rəhbərliyi altında olan personalı praktiki işlərdə yönləndirməli və personal tərəfindən iş ərazilərinin təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlandığından və tətbiq olunan bütün iş metodlarının təhlükəsiz olduğundan əmin olmalıdır;

Görülən işdə təhlükəsizlik, sağlamlığın və qəza hallarının qarşısı alınmasının, nəzarət, təlimatlar və təlimlər vasitəsi ilə daima işçilərin diqqətinə çatdırıldığından əmin olmalıdır;

Əməliyyatları son dərəcə faydalı tərzdə həyata keçirmək üçün bütün avadanlıq və mənbələrin mövcud olduğundan əmin olmalıdır. Əməliyyatların təhlükəsiz və faydalı tərzdə yerinə yetirilməsini planlaşdırmalı və gözlənilməz avadanlıq və planları nəzərə almalıdır;

Quyuya buraxılan qurğunun ölçülərinin qeyd olunduğundan əmin olmalıdır. İşlədilə bilən və müvafiq boru buraxılma siyahısını saxlamalıdır;

Qəlibləmə zamanı aşağıda olan boruların sürətinə, hər bir boru hissəsi üçün qaldırılmasına və birləşdirilməsini aparılmalıdır;

Qoruyucu kəməri quyuya buraxmazdan əvvəl, qazma kompanovkasını endirmək daralmış nöqtələri açmalıdır. Əgər qoruyucu kəmər müəyən ardıcıllıqdan sonra quyuda tutulursa, maneəni təmizləmək üçün yuma başlığını təmin etməlidir;

Gündəlik qazma hesabatının hazırlanmasına yardım etməli, məhlulun parametrləri və istifadə olunan kimyəvi reagentlərə nəzarət etməlidir;

Atqıya qarşı avadanlıqlar qazma zamanı platformanın standartlarına uyğun olaraq təzyiq sınaq testi aparmalı. Testin nəticələrinin qeydiyyatını aparmalı və toplamalıdır;

Preventor hissələrinin yığılması və ya sökülməsi zamanı briqadasının təhlükəsiz qaydaları ilə işlədiyindən əmin olmalıdır;

Quyuya buraxılan boruların dəqiq qeydlərini, buraxılan boruların siyahısını, QAAH/ tamamlama komponentlərini və kritik qəza avadanlıqlarının birləşmələrin daxili və xarici diametiri özündə saxlamalıdır;

İşə icazə (permit) sisteminin təlabatlarına əsasən bütün işi qiymətləndirilməli, lazım olduqda İşə İcazə prosesini başlamalı və Permit yazmalı və permitdə göstərilən bütün təhlükəsizlik tədbirlərinin görüldüyündən və yalnız permitdə göstərilən işin yerinə yetirildiyindən əmin olmalıdır;

Tabeçiliyndə olan personalı iş sahələrinə göndərilməli və işlərin görülməsini düzgün şəkildə bölüşdürməli və nəzarət etməlidir;

Şirkət tərəfindən arzu edilən standart göstəricilərin və şəxsi fəaliyyətlərin lazımi səviyyədə olduğundan əmin olmalıdır və onun cavabdehliyində olan işçilərin şəxsi fəaliyyətlərinin idarə olunmasına cavabdehdir;

Qazma əməliyyatlarında iştirak edə bilən hər hansı xidmət şirkətinin və ya təhçizatçı şirkətin işçilərinin işini müşahidə etməli, onlarin işinə nəzarət etməli və onları təlimatlandırılmalıdır;

Quyu təzahürü hesblamalarını aparın və quyu nəzarəti üçün bütün avadanlıq və prosedurların hər zaman yararlı olduğundan əmin olunmalıdır;

Tələb olunan nizam-intizam qaydalarına riayət etməlidir;

Rəhbər tərəfindən həvalə olunan işləri tamamlamalıdır;

Tələb olunan quruda və dənizdə keçirilən görüş və təlimlərdə iştirak etməlidir.

Sağlamlıq və təhlükəsizliklə bağlı əmək funksiyaları

İş prosesində özünün və iş yoldaşının təhlükəsizliyini təmin etmək;

Müəsisənin bütün təhlükəsizlik üzrə təlimlərində, toplantılarında, yanğın və evakuasiya üzrə təlimlərdə iştirak etmək;

Müəsissədə tətbiq olunmuş təhlükəsizlik prosedurlarına riayət etmək;

İş sahəsində sağlamlığa, qurğuya və avadanlığa qarşı faktiki və ya potensial təhlükə barədə dərhal müvafiq tədbirlər görmək və ya yuxarı rəhbərə xəbər vermək;

Nəzarət etdiyi bütün işləri əvvəlcədən planlaşdırmaq, riskləri qiymətləndirmək, aidiyyəti tərəfləri işqabağı toplantıda öncədən məlumatlandırmaq;

Nəzarət etdiyi sahədə yerinə yetirilən tapşırıqların təhlükə potensialını müəyyən etmək üçün qiymətləndirmə aparmaq.

Ətraf mühitin mühafizəsi ilə bağlı əmək funksiyalar ı

Müəssisədə tətbiq olunmuş ekoloji standartlara riayət etmək;

Tullantıların idarə olunması prosedurunun tələbləri əsasında tullantıların ayrılması qaydalarına rəhbərlik və riayət etmək;

İş fəaliyyəti ilə bağlı ekoloji aspektlər barədə məlumatlı olmaq və nəzarət tədbirlərini yerinə yetirmək.

Tələblər

  • Təcrübə: Müvafiq sahədə və vəzifədə 5 illik təcrübə
  • Təhsil: Ali
  • Texnoloji savadlılıq
  • SƏTƏM standartları haqqında məlumatlılıq
  • Başqalarından öyrənməyə və başqaları ilə paylaşmağa açıq olan şəxsi keyfiyyət
  • Açıq, aydın, şəffaf və mehriban şəkildə ünsiyyət qurmaq bacarığı
  • Həll yolları yaratmaq və çətinliklərə sahib çıxa bilmək bacarığı
  • Bütün maraqlı tərəflərlə münasibətləri düzgün və səmərəli şəkildə həyata keçirmək
  • Department: Drilling Operations
  • Position title: Toolpusher
  • Workplace: Offshore
  • Category: Specialist
  • Reports to: Senior Toolpusher
  • Job objective

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →