Ekskavator Maşinisti

İşin təsviri

Ekskavator Maşinisti (Yevlax rayonu)

Təşkilat: Nəqliyyat İdarəsi
Struktur vahidi: 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin 5 saylı Avtomobil dəstəsi
İş yeri: Yevlax rayonu
Müqavilə: Müddətli
Əmək haqqı: 5.28 AZN/saat, iş günlərinə uyğun 5 AZN yemək xərci əlavə ödənilir
İş rejimi: Tam iş vaxtı, həftədə 40 saat
İş şəraiti: Quruda
Yataqxana və nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi və həyat sığortası


Vəzifə öhdəlikləri:

  • 0,15-0,4 m³ tutumlu ekskavatorun idarə olunması
  • Müxtəlif inşaat və qazıntı işlərinin aparılması
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
  • İş yerinin təmiz və qaydalara uyğun saxlanması
  • Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək

Tələblər:

  • Azərbaycan vətəndaşı
  • Natamam orta təhsil
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Traktor və mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün “T, TT, H, HT, HK, TK” kateqoriyalı vəsiqə
  • Məsuliyyətli, etik davranışa malik, şifahi ifadə və mühakimə qabiliyyəti olan