İşin təsviri
Sahə rəisi (Elektrik təchizatı və elektrik avadanlıqları sahəsi)
📍 İş yeri: Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 20
🏢 Müəssisə: Azneft İB
📅 Son müraciət tarixi: 29.04.2026
💰 Əmək haqqı: 1613 AZN
🍽️ Əlavə: Hər iş günü üçün 5 AZN yemək xərci
🕒 İş rejimi: Tam iş vaxtı (40 saat)
📄 Müqavilə növü: Müddətli
🛡️ Sığorta: Tibbi və həyat sığortası
🚌 Xidməti nəqliyyat təmin olunur.
Vəzifə öhdəlikləri
- Elektrik avadanlıqları üzrə illik və aylıq təmir planlarının hazırlanması
- Elektrik təsərrüfatı və avadanlıqların istismarına nəzarət
- Yüksək və aşağı gərginlik sahələrində işlərin təhlükəsiz icrasının təmin edilməsi
- Kabel və hava xətlərinin yoxlanmasına nəzarət
- Elektrik avadanlıqlarının təmiri, sınağı və quraşdırılmasının təşkili
- İşçilərin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün aparılması
- Hesabatların hazırlanması və təqdim edilməsi
- Əməyin mühafizəsi və təhlükəsizlik üzrə təlimlərin təşkili
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta-ixtisas təhsili
- Ali təhsil üzrə minimum 3 il, orta-ixtisas üzrə minimum 5 il iş təcrübəsi
- Elektrik təhlükəsizliyi üzrə bilik yoxlama vəsiqəsi
Digər tələblər
- Elektrik avadanlıqlarının quraşdırılması, istismarı və təmiri üzrə biliklər
- Liderlik, idarəetmə və komanda ilə işləmə bacarıqları
- Məsuliyyət, stressin idarə edilməsi və problem həll etmə bacarıqları