İşin təsviri
- Mebel məhsullarının hazırlanması və yığılması prosesini həyata keçirmək;
- Mebel hissələrinin ölçülərinə uyğun olaraq kəsilməsi, emalı və montajını həyata keçirmək;
- Çertyoj və ölçülərə uyğun olaraq mebel konstruksiyalarının hazırlanmasını təmin etmək;
- Mebel hissələrinin düzgün və keyfiyyətli şəkildə birləşdirilməsini həyata keçirmək;
- Mebel və avadanlıqların təmir və bərpa işlərini yerinə yetirmək;
- İş zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək;
- Hazırlanan məhsulların keyfiyyətinə və səliqəli görünüşünə diqqət yetirmək;
- İş yerində təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət etmək.
Namizədə tələblər
- Mebel ustası və ya müvafiq sahədə iş təcrübəsinin olması;
- Mebel hazırlanması və montajı üzrə praktiki bacarıqlara malik olmaq;
- Əl alətləri və müvafiq avadanlıqlardan istifadə bacarığı;
- Ölçü və çertyojlarla işləmə bacarığı;
- Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
- İş intizamına riayət etmək;
- Komandada işləmək bacarığı.
İş şərtləri
- İş yeri: Soliton Anbar (Şamaxı yolu 15-ci km)
- İş saatları: 09:00 – 18:00
- Əmək haqqı: 600 – 700 AZN (başlanğıc maaş)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə sənədləşdirmə
- Nahar yeməyi şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini cv@soliton.az elektron poçt ünvanına göndərə bilərlər.