Məzmuna keçin
Super Toys yerləşdirilib

Satış Kanalları üzrə Bölmə Rəhbəri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri

Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının fəaliyyətini idarə etmək;

Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təmin etmək;

Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;

Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər görmək;

Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və effektiv koordinasiyanı təmin etmək;

Hər bir satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;

Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək;

Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;

Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış nəticələrinin idarə olunmasına nəzarət etmək;

E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;

Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul etmək;

Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin etmək.

Tələblər

  • Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi
  • Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi
  • Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə
  • Marketplace platformalarının iş prinsiplərini bilmək
  • Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə
  • KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı
  • Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları
  • Analitik düşüncə və nəticəyönümlülük
  • Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı
  • MS Excel və hesabat alətləri ilə işləmək bacarığı
  • 1C və PowerBI işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →