İşin təsviri
Swissdent klinikası olaraq özünəgüvənən peşəkarları hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.
İş barədə məlumat:
- Müraciət edən pasiyentlərin müayinə olunması
- Müalicə planının hazırlanması
- Protokola uyğun müayinə və müalicə proseslərinin yerinə yetirilməsi
- Müayinə və müalicə nəticələrinin müvafiq ERP sistemə işlənməsi
Klinika tərəfindən təmin edilir:
- Lazım olan bütün material və avadanlıq
- Koordinator xidməti
- Tibb bacısı xidməti
- Davamlı artan pasiyent bazası
- Rəqabətə davamlı sabit maaş + əlavə % (müsahibə zamanı bildirilir)
- Rəsmi stabil iş yeri
- Multidissiplinar yanaşma
- Korporativ iş mühiti və peşəkar kollektivdə çalışma
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- İxtisası üzrə əlavə sertifikatların mövcudluğu üstünlükdür
- Minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilinin olması arzu olunandır
- Peşəkar etika və peşəkar ünsiyyət psixologiyası biliyi
- Yüksək səviyyədə komandada işləmə qabiliyyəti və müştəri yönümlülük
- İnsanpərvərlik, punktuallıq, məsuliyyətlilik
Tələblərə uyğun namizədlər mövzu yerinə “Stomatoloq” yazmaqla CV-lərini hr@swissdent.az elektron poçt ünvanına göndərə bilərlər.
Diplomu təsdiqlənməmiş (xaricdə təhsil alan namizdələr üçün), müvafiq sertifikasiya proqramından keçməmiş və ya sertifikatının etibarlılıq müddəti bitmiş namizədlərdən müraciət etməmələri öncədən xahiş olunur.