İşin təsviri
Təsvir
- Sağlamlıq və Səhiyyə xidmətləri şöbəsinin ümumi işinin təşkilinə dəstək vermək.
- Sanator-kurort otellərində tibbi və sağlamlıq xidmətlərinin koordinasiyasına dəstək vermək.
- Tibbi xidmət proseslərinin nəzarəti və standartlaşdırılması işinə dəstək vermək.
- Tibbi məlumatların, hesabatların və statistikanın idarə edilməsinə dəstək vermək.
- Otellərdən daxil olan tibbi məlumatların (pasiyent axını, müalicə nəticələri, prosedur statistikası) toplanması və sistemləşdirilməsi müvafiq şöbənin struktur bölməsinə ötürülməsinə dəstək vermək.
- Aylıq və rüblük tibbi hesabatların hazırlanması və menecerə təqdim edilməsi.
- Qonaqların sağlamlıq proqramları üzrə nəticələrin analizinin menecerə təqdim edilməsi.
- Həkim, fizioterapevt, spa terapevtləri və tibb bacılarından daxil olan sual və tələblərin mərkəzi ofisə yönləndirilməsi.
- Otellərdə tibbi resurs ehtiyaclarının (avadanlıq, material, dərman) müəyyən edilməsi və menecerə təqdim edilməsi.
- Tibbi heyət üçün təlim proqramlarının hazırlanmasında və təşkilində menecerə kömək etmək.
- Qonaqlar üçün sağlamlıq və profilaktika mövzusunda məlumatlandırıcı broşürlər və materiallar hazırlamaqda iştirak.
- Tibbi xidmətlə əlaqəli risk faktorlarını izləmək və analiz etmək.
- Yanlış prosedurlar, təhlükəsizlik pozuntuları və uyğunsuzluqlar barədə menecerə məlumat vermək.
- Tibbi təhlükəsizlik və sanitariya qaydalarına uyğunluğa dəstək.
- Yeni müalicə proqramlarının, wellness paketlərinin və kurort xidmətlərinin hazırlanmasında analitik və təşkilati dəstək.
- Məhsul inkişafı, tibbi xidmətlərin modernizasiyası və rəqəmsallaşdırma layihələrində iştirak.
Tələblər
Təhsil:
- Ali tibb təhsili
İş təcrübəsi:
- Tibb sahəsində iş təcrübəsi minimum 3 il
Bilik və Bacarıqlar:
- Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində).
- Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır.
- Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır.
- Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır.
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Elektron tibbi idarəetmə sistemlərində işləmə bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;
Digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir.
- Korporativ nömrə və danışıq paketi.
- Tibbi sığorta.
İş yeri:
- Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ “TABIA GROUP” MMC