İşin təsviri
- Təhlükəsizliklə bağlı bütün hadisələrin qeydiyyat jurnalında qeydə alınmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Vestibül, dəhliz, qonaq otaqları və digər ictimai ərazilərdə müntəzəm nəzarət həyata keçirmək, təhlükəsizlik və yanğın risklərinin olmadığını yoxlamaq;
- Zəruri hallarda kömək çağırışlarına operativ reaksiya vermək;
- Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
- Qonaqlar, təchizatçılar, podratçılar və əməkdaşlar üçün təhlükəsizlik vəsiqələrinin düzgün tətbiqinə nəzarət etmək;
- Təyin olunmuş postlarda (giriş qapısı, nəzarət otağı, əsas giriş və s.) tapşırıqları peşəkar şəkildə yerinə yetirmək;
- Fövqəladə hallarda və təxliyə prosesində aktiv iştirak etmək;
- Təxliyə çıxışlarının daim açıq və maneəsiz olmasını təmin etmək;
- Şübhəli şəxslərlə etik qaydalar çərçivəsində ünsiyyət qurmaq və zəruri tədbirlər görmək;
Tələblər
Təhsil:
- Orta təhsil
Tələblər:
- İş təcrübəsi: Müvafiq sahəsində ən azı 1 il
Bilik və bacarıqlar:
- Yüksək fiziki dözümlülük
- Nəzarət və yoxlama avadanlıqları ilə işləmə bacarığı
- Yanğın təhlükəsizliyi üzrə ilkin biliklər
- Stressli şəraitdə işləmə bacarığı
- Problem həll etmə və operativ qərarvermə qabiliyyəti
- Rus və İngilis dillərini bilmək arzuolunandır
İş vaxtı norması:
- Növbəli qrafik üzrə ( Həftəlik 40 saat)
Digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Faktiki ünvan: Bakı şəhəri, Badamdar qəs., “Badamdar Hotel&Residences” Hotel