Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Meyvə və tərəvəz məhsullarının qəbul zamanı keyfiyyət yoxlanışının aparılması;
  • Məhsulların sifarişlərə uyğun çeşidlənməsi və göndərişə hazırlanmasına nəzarət;
  • Vizual və orqanoleptik yoxlamaların həyata keçirilməsi;
  • Aşkarlanmış uyğunsuzluqların qeydə alınması, sənədləşdirilməsi və aidiyyatı şəxslərə bildirilməsi;
  • Yararsız məhsullar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
  • Müştəri şikayətləri və geri qaytarılan məhsullar üzrə yoxlama aparılması, səbəb-nəticə təhlilinin həyata keçirilməsi;
  • Saxlanma şəraitinə (temperatur, rütubət) nəzarət və müvafiq qeydlərin aparılması;
  • Anbar sahəsində düzgün yerləşdirmə və məhsul dövriyyəsinə nəzarət;
  • Qablaşdırmanın bütövlüyünün və markalanmanın düzgünlüyünün yoxlanılması;
  • Keyfiyyət qeydlərinin aparılması, təhlili və mütəmadi hesabatların hazırlanması;
  • Təchizatçılar və daxili komandalarla operativ koordinasiyanın təmin edilməsi;
  • Qida təhlükəsizliyi və sanitar-gigiyena tələblərinə əməl olunmasına nəzarət;
  • Keyfiyyət prosedurlarının tətbiqində iştirak;
  • Zərurət yarandıqda anbar yoxlamalarının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Qida təhlükəsizliyi üzrə baza biliklər (HACCP, sanitar-gigiyena qaydaları);
  • Meyvə-tərəvəz məhsulları üzrə ümumi biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali və ya orta ixtisas(Aqronomluq, qida mühəndisliyi, qida texnologiyası və ya əlaqəli sahə üzrə);
  • Meyvə-tərəvəz məhsulları üzrə keyfiyyətə nəzarət və ya qəbul yoxlaması sahəsində 1–3 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 10:00-19:00;
  • İş yeri: Qaradağ rayonu,Xocasən küçəsi 57/11,Meyvəli ticarət mərkəzi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)” yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.