İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Satınalma prosesinin müəyyən edilmiş prosedur və qaydalara uyğun, vaxtında icra olunmasının təmin edilməsi, satınalma sorğularının operativ şəkildə yerinə yetirilməsi;
- Mallar, avadanlıqlar və xidmətlər üzrə texniki və qiymət araşdırmalarının aparılması;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarlar üzrə araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
- Təchizatla bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
- Alınmış məhsul və xidmətlərin keyfiyyəti və çatdırılması ilə bağlı məsələlərin həllinə dəstək göstərilməsi;
- Mal-material və xidmət alışlarının ən uyğun şərtlərlə təmin edilməsi;
- Təchizatçı və tədarükçü bazasının formalaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi;
- Təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Təchizat və satınalma prosesləri və ümumi prinsipləri üzrə biliklər;
- Danışıqların aparılması və təchizatçılar arasında optimal seçim edilməsi üzrə səriştə;
- Bazarın təhlili və hesabatların hazırlanması üzrə biliklər;
- Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili, aparılması və təqibi üzrə biliklər;
- MS Office proqramları üzrə biliklər, xüsusilə yüksək səviyyədə Excel biliyi;
- Məsuliyyətlilik, qərarvermə, problemlərin həlli, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Yüksək səviyyədə kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Əlaqəli sahə);
- Satınalması sahəsində ən az 2-3 il iş təcrübəsi;
- Retail sahəsində təcrübə üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.