Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Retail şəbəkəsi üzrə təhlükəsizlik sisteminin təşkili və idarə olunmasının təmin edilməsi;
  • Mağazalarda təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi;
  • Maddi dəyərlərin qorunması və itkilərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Təhlükəsizlik risklərinin müəyyən edilməsi və minimallaşdırılması istiqamətində fəaliyyət göstərilməsi;
  • Videomüşahidə, giriş-çıxış və digər təhlükəsizlik sistemlərinin işinə nəzarət edilməsi;
  • Fövqəladə hallar zamanı operativ tədbirlərin görülməsi və prosesin idarə olunması;
  • Təhlükəsizlik əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarətdə saxlanılması;
  • Daxili araşdırmaların aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Təhlükəsizlik sahəsində daxili prosedur və qaydaların hazırlanması və tətbiqinin təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhlükəsizlik sahəsi üzrə nəzəri bilik və praktiki iş təcrübəsi;
  • Risklərin idarə olunması və operativ qərarvermə bacarığı;
  • Komanda idarəetməsi və liderlik qabiliyyəti;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Videomüşahidə və təhlükəsizlik sistemləri ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik, çeviklik və stresə davamlılıq;
  • MS Office proqramlarında işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Təhlükəsizlik sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Retail sahəsində iş təcrübəsinin olması üstünlükdür;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təhlükəsizlik rəisi” yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.