Məzmuna keçin
Titan Group yerləşdirilib

Satınalma üzrə baş mütəxəssis

Maaş
1 200 – 1 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər:

Yerli və xarici satınalma proseslərinin təşkili və idarə edilməsi;

Daxili və beynəlxalq bazar araşdırmalarının aparılması, uyğun təchizatçıların seçilməsi;

Xarici təchizatçılarla əlaqələrin qurulması, işgüzar yazışmaların və danışıqların aparılması;

Yerli və xarici təchizatçılardan kommersiya təkliflərinin alınması, təhlili və müqayisə edilməsi;

Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması;

Xarici satınalmalar üzrə sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət edilməsi;

Beynəlxalq logistika və daşınma proseslərinin təşkili və koordinasiyası;

Yüklərin daşınması, çatdırılma müddətləri və nəqliyyat xərclərinin optimallaşdırılması;

İdxal, gömrük rəsmiləşdirilməsi və müvafiq sənədləşmə proseslərinin izlənilməsi;

Beynəlxalq çatdırılma şərtlərinin (Incoterms) tətbiqi və nəzarətdə saxlanılması;

Müqavilələrin və sifarişlərin hazırlanmasına nəzarət edilməsi;

Malların vaxtında, tələb olunan keyfiyyətdə və sərfəli şərtlərlə təmin olunmasının təşkili;

Satınalma və logistika üzrə hesabatların hazırlanması.

İş şərtləri:

Əmək haqqı: 1200–1500 AZN;

İş istiqaməti: Yerli və xarici satınalma, beynəlxalq logistika;

Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti.

Nahar: Şirkət tərəfindən təmin olunur;

Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.

İş qrafiki və ünvan:

İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;

İş ünvanı: Binə qəsəbəsi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Satınalma və Logistika Mütəxəssisi”

Tələblər

  • Ali təhsil
  • Satınalma və logistika sahəsində 3–5 il müvafiq iş təcrübəsi
  • Xarici satınalma və beynəlxalq logistika sahəsində praktiki təcrübə
  • Xarici təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı
  • İngilis dili biliyi (xarici təchizatçılarla ünsiyyət və yazışmalar üçün)
  • İdxal, gömrük prosedurları və beynəlxalq daşınma qaydaları haqqında məlumatlı olmaq
  • Incoterms beynəlxalq ticarət şərtlərini bilmək
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
  • Analitik düşünmə və kommersiya təkliflərini təhlil etmək bacarığı
  • Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik
  • Komanda ilə işləmək bacarığı
  • İş təcrübəsi: 3–5 il

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →