Vakansiya haqqında
Avadanlıqlarının texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimini və istismarı qaydalarını bilmək və riayət etmək;
İstehsalat sahələrində quraşdırılmış avadanlıqların fasiləsiz və təhlükəsiz istismarını təmin etmək;
İstehsalat sahələrində yeni avadanlıqların qəbul edilməsi və quraşdırılmasında iştirak etmək;
İstehsalat sahələrində istismarda olan avadanlıqların təmiri və xidmətini təşkil etmək;
Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin təhlil olunmasında iştirak etmək;
Yeni avadanlıqların qəbulu və quraşdırılması, ağır və həcmli mexaniki vasitələrinin tətbiqi üzrə işlərdə iştirak etmək;
İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
Birbaşa rəhbərinə həftəlik, aylıq və illik hesabatlar hazırlayaraq təqdim etmək.
Bütün avadanlıqların qəzasız və etibarı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətlərinin həyata keçirilməsini təşkil etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək;
Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək.
Tələblər
- Mexanika mühəndisi və ya əlaqəli ixtisaslar üzrə ali təhsil
- Neft-qaz sənayesində mexaniki avadanlıqların istismarı, texniki xidmət və təmir sahəsində minimum 3 il iş təcrübəsi
- Neft-qaz qurğularının, istehsalat avadanlıqlarının və texnoloji sistemlərinin iş prinsipləri haqqında biliklər
- Təzyiq altında işləyən separator və tutumlar, nasoslar, mexaniki avadanlıqlar üzrə praktik bilik, həmçinin təcrübə
- Mexaniki avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması üzrə biliklər
- Mexaniki avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki baxış və təmiri üzrə biliklər
- Texniki çertyojları, P&İD sxemləri, avadanlıq pasportlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı
- Mexaniki avadanlıqların etibarlılığının artırılması və istismar müddətinin uzadılması üzrə biliklər
- Risklərin qiymətləndirilməsi, İşlərin icrasına icazə (PTW) prosedurları haqqında biliklər
- Təzyiq altında işləyən avadanlıqların təhlükəsiz istismarı üzrə tələbləri bilmək
Oxşar elanlar
- Quality Control Inspector (Offshore)IRES · 3 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 3 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 3 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 3 gün əvvəl
- Project HSE CoordinatorIRES · 3 gün əvvəl
- AI Engineer (Mid / Senior)Proxima Tech · 3 gün əvvəl