İşin təsviri
Təsvir
- Backend arxitekturasının formalaşdırılması, mikroservis dizayn qərarlarının verilməsi və mövcud sistemlərin modernizasiyası istiqamətində texniki yol xəritəsinin hazırlanması;
- Java/Spring ekosistemində yüksək performanslı, təhlükəsiz və genişlənə bilən xidmətlərin inkişaf etdirilməsi, code review prosesinin idarə edilməsi, kodlaşdırma standartlarının müəyyənləşdirilməsi və tətbiqinin təmin edilməsi;
- Komanda daxilindəki mühəndislərə texniki mentorluq göstərilməsi, bilik paylaşımı sessiyalarının keçirilməsi və yeni üzvlərin onboarding prosesinin idarə edilməsi;
- Product Owner, biznes analitikləri, QA və digər komandalarla sıx əməkdaşlıq edərək feature-ların prioritetləşdirilməsi, texniki həllərin razılaşdırılması və Agile seremoniyalarında fəal iştirak;
- Sistemlərin monitorinqi, performans darboğazlarının aradan qaldırılması, SQL optimallaşdırılması və insidentlər zamanı root cause analysis aparılması.
Üstünlüklərimiz:
- Böyük və stabil komandada təcrübə qazanmaq imkanı;
- Real biznes proseslərində iştirak etmək imkanı;
- Davamlı öyrənmə və texniki inkişaf üçün imkanlar;
- Şəffaf kommunikasiya və dəstəkləyici iş mühiti;
- Karyera inkişafı üçün perspektivlər;
- Könüllü tibbi sığorta.
Tələblər
- Minimum 5 il proqram mühəndisliyi təcrübəsi, ən azı 2 ili texniki liderlik rolunda.
- Java və OOP prinsipləri üzrə dərin biliklər;
- Spring Boot, Spring Data, Spring Web və Spring Security üzrə praktiki təcrübə.
- Hibernate ilə işləmə bacarığı;
- Mikroservis arxitekturasının dizaynı və tətbiqi — Saga, Circuit Breaker və API Gateway kimi pattern-ların istifadəsi;
- REST API dizaynı və inteqrasiyası;
- PostgreSQL və Oracle ilə iş təcrübəsi, SQL optimallaşdırılması;
- Redis ilə caching həlləri. Kafka ilə asinxron mesajlaşma arxitekturalarının qurulması;
- Docker, Kubernetes, Git, unit test və mock server alətləri (Hoverfly, WireMock) ilə təcrübə. Problem analizi, müstəqil qərarvermə və komanda ilə effektiv kommunikasiya bacarığı.
Üstünlük:
- Bank və ya maliyyə sektorunda təcrübə;
- Yüksək yüklü sistemlərlə iş təcrübəsi;
- CI/CD pipeline-ları (Jenkins, GitLab CI);
- Monitorinq alətləri — ELK, Grafana, Prometheus. Camunda, Kong API Gateway, PL/SQL, Apache Solr;
- Agile/Scrum üzrə güclü praktiki təcrübə.