İşin təsviri
- Cari informasiya texnologiyaları sistemlərinin, arxitekturaların və proseslərin təhlili;
- İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində olan risklərin qiymətləndirilməsini və təhlilini həyata keçirmək;
- İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsi üzrə risklərin biznesə təsiri təhlilini effektiv həyata keçirmək;
- İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə risklər ilə bağlı Bankın digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- Dəyişikliyin idarə olunması (change management) prosesində iştirak;
- İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə məhsullarında qiymətləndirilməsində iştirak.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, riyaziyyat, kompüter elmləri üzrə təhsil);
- Informasiya təhlükəsizliyinin idarə edilməsi, komplayens və risklərin idarə edilməsi prinsiplərinin dərindən başa düşülməsi;
- İnformasiya Təhlükəsizlik , Kibertəhlükəsizlik, İnformasiya Texnologiyaların ya Risklərin İdarə Edilməsi, İT risklərinin idarə edilməsi sahələrində iş təcrubəsi;
- Excel və Oracle PL/SQL bilikləri;
- Power BI arzuolunandır;
- Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;
- Kritik düşüncə və analitik düşüncə bacarığı;
- Risk əsaslı qərar vermə bacarığı;
- Layihə idarəetmə bacarıqları arzuolunandır ;
- İngilis dilini bilməsi arzu olunandır;
- CRISC, CISA, CISSP , ISO 31000 sertifikatlar üstünlükdür.