İşin təsviri

  • Müşahidə Şurasının və onun komitələrinin iclaslarının təşkili, gündəliyin formalaşdırılması və koordinasiyası;
  • İclas materiallarının və arayışların struktur bölmələrdən toplanması, sistemləşdirilməsi və vaxtında təqdim edilməsinin təmin edilməsi;
  • Müşahidə Şurası və komitələrin iclas protokollarının, qərarların və çıxarışların hazırlanması və rəsmiləşdirilməsi;
  • Qəbul edilmiş qərarların icra reyestrinin aparılması, icra vəziyyətinin monitorinqi və müvafiq hesabatların hazırlanması;
  • Qərarların icrasında yaranan gecikmələr və risklər barədə müvafiq şəxslərin məlumatlandırılması;
  • Yeni təyin olunmuş Müşahidə Şurası üzvlərinin uyğunlaşma və məlumatlandırma prosesinin təşkili;
  • Səhmdarların Ümumi Yığıncağının təşkili ilə bağlı sənədlərin, gündəliyin və materialların hazırlanmasının koordinasiyası;
  • Səhmdarların Ümumi Yığıncağında qəbul edilmiş qərarların rəsmiləşdirilməsi və icrasının monitorinqi;
  • Müşahidə Şurasının fəaliyyəti ilə bağlı sənədlərin məxfiliyinin, düzgün saxlanmasının və arxivləşdirilməsinin təmin edilməsi;
  • Səlahiyyətləri çərçivəsində korporativ idarəetmə və sənəd dövriyyəsi ilə bağlı digər tapşırıqların icrası.

Tələblər

  • Hüquq, iqtisadiyyat, maliyyə, idarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank və ya maliyyə sektoru, korporativ idarəetmə, hüquq və ya rəhbərliyin inzibati dəstəyi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Müşahidə Şurası, İdarə Heyəti, komitələr, səhmdarların ümumi yığıncağı və ya digər kollegial orqanlarla iş təcrübəsi üstünlükdür;
  • Korporativ idarəetmə prinsipləri və bank qanunvericiliyi üzrə biliklər;
  • İclasların təşkili və protokollaşdırılması, qərarların icrasının izlənilməsi və sənəd dövriyyəsi üzrə təcrübə;
  • Rus dili yüksək səviyyədə, ingilis dili biliyi üstünlükdür;
  • Yüksək təşkilatçılıq, analitik düşüncə, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı.