İşin təsviri
Təsvir
- Müştəri əməliyyatlarının (kart, internet və mobil bankçılıq, POS-terminal və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
- Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi;
- Kart və digər rəqəmsal kanallar üzrə dələduzluq insidentlərinin araşdırılması və təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, qabaqlayıcı tədbirlərin görülməsi və monitorinq qaydalarına dəyişikliklərin təklif edilməsi;
- Risk göstəricilərinin müəyyənləşdirilməsi və təkrarlanan dələduzluq ssenarilərinin qarşısının alınması üçün təkliflərin hazırlanması;
- Rəqəmsal dələduzluqla bağlı daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlil edilməsi, zərurət yarandıqda müştərilərlə əlaqə saxlanılması;
- Təhlilin nəticələrinə əsasən müəyyən edilmiş tədbirlər planının icrası;
- Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə edilməsi.
Üstünlüklərimiz:
- Bank sektorunda karyera qurmaq və praktiki təcrübə qazanmaq imkanı;
- Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində bilik və bacarıqların artırılması;
- Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı;
- Təlimlərdə və peşəkar inkişaf proqramlarında iştirak;
- Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq;
- Bankdaxili karyera yüksəlişi imkanlarından yararlanmaq;
- Dinamik və gərgin iş mühitində qərarvermə, problem həll etmə və operativlik bacarıqlarını inkişaf etdirmək.
Tələblər
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili arzuolunandır;
- Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları üzrə biliklər arzuolunandır;
- Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, ingilis dilində texniki terminologiyanı anlamaq və rus dili biliyi arzuolunandır;
- MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) və sorğuların idarə edilməsi sistemləri (JIRA, OTRS və s.) ilə işləmək bacarığı;
- SQL (Oracle) üzrə biliklər, o cümlədən DQL və DML komandaları ilə işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara diqqət;
- Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;
- Yeni texnologiyaları və alətləri öyrənməyə açıqlıq.