İşin təsviri
- Verilənlər elmi üzrə mühəndislər, maşın öyrənmə mühəndisləri və analitiklərdən ibarət yüksək performanslı komandaya rəhbərlik etmək;
- Kredit riski, dələduzluğun qarşısının alınması, yığım, marketinq və rəqəmsal kanallar üzrə AI/ML modellərinin hazırlanmasını və tətbiqini idarə etmək;
- Modelin bütün mərhələlərinə (data, modelləşdirmə, validasiya, tətbiq və monitorinq) görə cavabdehlik daşımaq;
- Data Science, MLOps və model idarəçiliyi sahəsində ən yaxşı təcrübələri tətbiq etmək;
- Təsirli və miqyaslana bilən AI həllərini təqdim etmək üçün biznes və texnologiya komandaları ilə tərəfdaşlıq etmək;
- GenAI, LLM-lər və qabaqcıl analitik texnikaların mənimsənilməsi vasitəsilə innovasiyaları təşviq etmək.
Tələblər
- Ali təhsil (Kompüter elmləri, statistika, riyaziyyat, verilənlər elmi və ya müvafiq sahə üzrə);
- Verilənlər elmi, Maşın öyrənmə və AI sahəsi üzrə 4 ildən çox təcrübə (rəhbər olaraq təcrübə də daxil olmaqla);
- Bankçılıq, fintech və ya maliyyə xidmətləri sahəsində təcrübə üstünlükdür;
- Python və ya R dillərində güclü proqramlaşdırma bacarıqları;
- Maşın öyrənmə platformaları (scikit-learn, XGBoost, PyTorch, TensorFlow) ilə iş təcrübəsi;
- Güclü SQL bilikləri və irimiqyaslı məlumat mühitləri ilə iş təcrübəsi;
- MLOps alətləri (CI/CD, Airflow, MLflow və s.) ilə praktiki iş təcrübəsi;
- Statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika və AI texnikaları üzrə dərin biliklər;
- Əlaqədar tərəflərlə (stakeholders) güclü ünsiyyət və münasibətlərin idarə edilməsi bacarığı;
- GenAI, LLM və NLP üzrə biliklər üstünlükdür;
- Bulud platformaları (AWS, GCP, Azure) ilə iş təcrübəsi üstünlükdür.