Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və düzgünlüyünün yoxlanılmasına dəstək göstərmək;
- Balans hesabatı (BS), mənfəət və zərər hesabatı (P&L) və pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması prosesində iştirak etmək;
- Microsoft Excel vasitəsilə maliyyə məlumatlarını emal etmək və hesabatların hazırlanmasına dəstək göstərmək;
- Faktiki maliyyə göstəricilərinin büdcə göstəriciləri ilə müqayisəli təhlilində iştirak etmək;
- Daxili idarəetmə və requlyativ hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq və sistemləşdirmək;
- Məhsullar və satış kanalları üzrə maliyyə göstəricilərinin təhlilinə dəstək göstərmək;
- Daxili və kənar audit prosesləri çərçivəsində tələb olunan məlumatların hazırlanmasında iştirak etmək;
- Hesabatlarda məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək;
- Hesabatların avtomatlaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Vəzifə üzrə tələblər
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil almaq və ya sonuncu kurs tələbəsi olmaq;
- Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklərə malik olmaq;
- Microsoft Excel proqramı üzrə biliklərinə malik olmaq;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək və yeni bilikləri mənimsəmək bacarığı;
- Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.
- IFRS üzrə biliklərə malik olmaq üstünlükdür;
- İngilis dili biliyi üstünlükdür;
- Maliyyə hesabatlarının hazırlanması və Excel ilə işləmək üzrə praktiki təcrübəyə malik olmaq üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Mikro biznes kreditləri üzrə Təcrübəçi -> Baş mütəxəssis (Bakı şəhəri filialları)Yelo Bank ASC · 30 oktyabr 2026
- Hesabatlar üzrə təcrübəçi — Reporting InternAGA Group · 30 oktyabr 2026
- Scrum Master üzrə Təcrübə ProqramıRabitəbank · 28 oktyabr 2026
- Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi/Kiçik Mütəxəssis/Mütəxəssis(Mərkəzi)Access Bank · 27 oktyabr 2026
- İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı ProqramıVision Academy · 26 oktyabr 2026
- Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı ProqramıVision Academy · 26 oktyabr 2026