Biznes Proseslərinin İdarəedilməsi Meneceri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Funksiya: Rəqamsallaşdırma,Transformasiya və Layihələr Direktorluğu/Biznes proseslərin və layihələrin idarə olunması şöbəsi

Vəzifə öhdəlikləri:

  • Müvafiq daxili prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını həyata keçirmək;
  • Biznes proseslərinin və layihələrin həyata keçirilməsi zamanı müvafiq tələblərə uyğunluğunu təmin etmək;
  • Siyasət, təlimat, qayda və prosedurların icra olunmasına nəzarət etmək və proses xəritələrini, prosedurların sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
  • Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək;
  • Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq;
  • Biznes proseslərinin idarə edilməsi ilə korporativ fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq addımlar atmaq, proseslərin layihələndirilməsi, icrası və nəzarətində iştirak etmək;
  • Biznes proseslərinin təkmilləşdirilməsi və layihələrin icrası zamanı müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıq etmək;
  • Təyin olunmuş plana əsasən layihələrin koordinasiyasını və vaxtında icrasını təmin etmək.

Vəzifə tələbləri:

  • Ali təhsil (Biznesin idarəedilməsi üzrə təhsil və MBA üstünlükdür);
  • Biznes proseslərinin idarəedilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Layihə və komanda idarəetməsi üzrə təcrübə;
  • Microsoft Project, Planner, Jira, Asana və digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Power Automate və Power Apps üzrə biliklər üstünlük hesab olunur;
  • ERP/BPM/SFA/WMS/TMS sistemləri ilə işləmə təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı səviyyədə bilmək;
  • Analitik və yaradıcı düşünmə, nəticəyönümlülük və effektiv kommunikasiya bacarıqları

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərinin İdarəedilməsi Meneceri” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.