Keyfiyyətə Dəstək İşçisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • siya: İnsan Kapitalı və Təşkilatı İnkişaf Direktorluğu/Keyfiyyəti İdarəetmə Departamenti
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Əsas vəzifə öhdəlikləri:

  • Anbara qəbul olunan məhsulların yoxlanılması və düzgün saxlanılmasına nəzarət etmək;
  • Məhsullar üzrə təmizləmə, qablaşdırma və çəkilmə proseslərini həyata keçirmək;
  • Məhsulların keyfiyyət göstəricilərini mütəmadi izləmək və aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Görülən işlər üzrə gündəlik və dövri hesabatların hazırlanmasını təmin etmək;
  • İş prosesində sanitariya, təhlükəsizlik və daxili prosedur qaydalarına riayət etmək.

Vəzifə tələbləri:

  • Müvafiq sahə üzrə təhsil (texniki və ya peşə-ixtisas təhsili arzuolunandır);
  • Anbar, istehsalat və ya keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi üstünlükdür;
  • Yüksək diqqətlilik, məsuliyyətlilik və intizamlı yanaşma;
  • Sanitariya, təhlükəsizlik və daxili prosedur qaydalarına ciddi riayət;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı.

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Keyfiyyətə dəstək işçisi” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.