Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Əməliyyat kassasının gündəlik fəaliyyətini təşkil etmək və nəzarətdə saxlamaq
  • Nağd mədaxil və məxaric əməliyyatlarını mövcud daxili qaydalara uyğun icra etmək
  • Kassa qəbzləri, xərclər və petty cash əməliyyatlarını düzgün aparmaq, sənədləşdirmək və uçotunu həyata keçirmək
  • Nağd vəsaitin qəbulunu və uçotunu aparmaq, bank depozitləri üçün tələb olunan sənədləri vaxtında və düzgün hazırlamaq
  • Inkassasiya prosesini (outsourced CIT) təşkil etmək, inkassasiya sənədlərini hazırlamaq, təhvil-təslim aktlarını yoxlamaq və prosesi izləmək
  • Nağd vəsait üzrə müəyyən edilmiş limitlərin, daxili prosedur və nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək və pozuntuların qarşısını almaq;
  • Kassada olan faktiki nağd vəsaitin uçot məlumatları ilə uyğunluğunu təmin etmək, gündəlik və dövri yoxlamalar aparmaq;
  • Nağd əməliyyatlar zamanı risklərin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

Namizədə tələblər:

  • Ali təhsil(Maliyyə, mühasibatlılıq).
  • Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 1-2 il iş təcrübəsi.
  • Yaxşı səviyyədə MS Excel biliyi
  • Analitik düşüncə, Komandada işləmək bacarığı.
  • Mühasibatlıq sahəsi üzrə sertifikatların (F3) olması üstünlükdür.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar