Tədarükçü sifarişləri üzrə aparıcı mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Tədarükçülərlə sifarişlərin idarə olunması və icrasına nəzarət etmək.
  • Satınalma sifarişlərini emal etmək və müvafiq tədarükçülərə yönləndirmək.
  • Sifarişlərin təsdiqlənməsini və vaxtında çatdırılmasını təmin etmək.
  • Tədarükçülərlə əlaqə saxlamaq, müvafiq məlumatları koordinasiya etmək və problemləri həll etmək.
  • Sifarişlərin və tədarük proseslərinin sənədləşdirilməsini aparmaq.
  • Aylıq və illik hesabatları hazırlamaq.
  • Təchizat zəncirinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün təkliflər vermək.
  • Departament daxilində və digər bölmələrlə effektiv əməkdaşlıq etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Sənaye Mühəndisliyi, İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üstünlükdür).
  • Müvafiq sahədə (satınalma, logistika və ya təchizat zənciri idarəçiliyi) 3 il iş təcrübəsi.
  • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı.
  • Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə biliklər.
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqət yetirmək bacarığı.
  • Yaxşı ünsiyyət, təşkilatçılıq və komandada işləmək bacarığı.
  • Müxtəlif sifariş prosesləri və ERP sistemləri ilə işləmə təcrübəsi arzuolunandır.

Digər məlumatlar:

  • Nahar və servis ilə təmin edilmə
  • Tibbi sığorta
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük tam iş qrafiki
  • Korporativ mobil nömrə

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədarükçü sifarişləri üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər.