İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı

16 İyun 2026

İşin təsviri

“Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən HR (İnsan Resursları) Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Əmək Münasibətlərinin İdarə Edilməsi və Əmək Qanunvericiliyi:

  • Əmək müqavilələrinin hazırlanması və idarə olunması;
  • İşçi və işəgötürənin hüquq və vəzifələri;
  • İş vaxtı, məzuniyyətlər və əmək haqqının tənzimlənməsi;
  • ƏMAS platformasında əməliyyatların aparılması;
  • Əmək qanunvericiliyinin praktiki tətbiqi;

B. İşə Qəbul və Namizəd Seçimi (Recruitment & Selection):

  • Vakansiya ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi;
  • CV-lərin təhlili və ilkin seçim mərhələsi;
  • Müsahibə növləri və Müsahibələrin planlaşdırılması və aparılması qaydaları.
  • Namizədlərin qiymətləndirilməsi və seçim metodları ;
  • İş təklifinin hazırlanması və işə qəbul prosesinin idarə olunması;

C. HR İnformasiya Sistemləri və Rəqəmsal Həllər:

  • HRM və ATS sistemləri ilə işləmə prinsipləri;
  • İnsan resursları proseslərinin rəqəmsallaşdırılması;
  • Elektron sənəd dövriyyəsinin idarə olunması;
  • HR analitikası və hesabatların hazırlanması;

D. Performans İdarəetməsi və İşçi Motivasiyası:

  • KPI, OKR və digər performans göstəriciləri;
  • Performansın qiymətləndirilməsi metodları;
  • İşçi motivasiyası və bağlılığının artırılması üsulları;
  • Mükafatlandırma və tanınma proqramları;

E. Təlim, İnkişaf və Karyera İdarəetməsi:

  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Təlim və inkişaf proqramlarının hazırlanması.
  • Karyera planlaşdırılması və inkişaf yolları ;
  • İstedadların idarə olunması (Talent Management);
  • İşçi saxlama və davamlı inkişaf strategiyaları.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

· Peşə Hazırlığı proqramı tam ödənişsizdir.

· Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.

· Peşə Hazırlığı proqramı 2 ay davam edəcək.

· Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq.

· 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.

· Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir.

· Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur.

· Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.

· Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma.

· Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.

· Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Tələblər

Kimlər müraciət edə bilər?

· Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.

· Yaş həddi: 21-30.

· Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər.

· Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.

· Ali təhsilli və İnsan resursları sahəsində karyera qurmaq istəyənlər.

· HR sahəsində ilk addımlarını atmaq istəyənlər.

· Aktiv və məsuliyyətli gənclər.

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:

https://forms.gle/LtwcgGWRyvSm8LGu9

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera
https://instagram.com/visionacademyaz