Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı.

16 İyun 2026

İşin təsviri

Təsvir

Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Mühasibat Uçotunun Əsasları və Maliyyə Sənədləşməsi:

· Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti;

· İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi

· Hesabatların hazırlanması və yoxlanılması.

· Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).

· Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi;

B. Maliyyə Əməliyyatlarının İdarə Edilməsi və Sənədləşmə:

· Gəlir və xərc əməliyyatlarının qeydiyyatı;

· Kassa və bank əməliyyatlarının aparılması;

· Debitor və kreditor borclarının uçotu;

· Mal-material hərəkətinin və anbar əməliyyatlarının uçotu;

· Əmək haqqı və ezamiyyə əməliyyatlarının uçota alınması;

· Vergi sənədlərinin hazırlanması və təqdimatı;

· Mühasibat proqramlarında (1C və digər ERP sistemləri) əməliyyatların icrası;

C. Vergi Uçotu və Hesabatlılıq:

· Vergi qanunvericiliyinin əsasları;

· Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;

· ƏDV, sadələşdirilmiş vergi və digər vergi növləri üzrə əməliyyatlar;

· Elektron vergi xidmətləri ilə işləmə qaydaları

D. Maliyyə Hesabatları və Analitik Bacarıqlar^

· Maliyyə hesabatlarının hazırlanması prinsipləri;

· Mənfəət və zərər hesabatının tərtibi;

· Balans hesabatının hazırlanması və təhlili;

Bu Proqram Sizə Nələri Qazandıracaq?

· Peşə Hazırlığı proqramı tam ödənişsizdir.

· Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.

· Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.

· Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.

· 3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.

· Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.

· Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək.

· İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması.

· Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.

· Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.

· Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Tələblər

Kimlər müraciət edə bilər?

· Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.

· Yaş həddi: 21-30.

· Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.

· Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.

· Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər.

· Ali təhsilli şəxslər və karyerasını mühasibat və maliyyə sahəsində qurmaq istəyənlər.

· Aktiv və məsuliyyətli gənclər.

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:

https://forms.gle/LtwcgGWRyvSm8LGu9

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera
https://instagram.com/visionacademyaz