Təlim-tədris üzrə koordinator

Dünən

İşin təsviri

Əsas öhdəliklər:

· Təlim və tədris proseslərinin planlaşdırılması, koordinasiyası və nəzarətinin həyata keçirilməsi;

· Dərs cədvəllərinin hazırlanması və müəllim qrafiklərinin idarə olunması;

· Təlim qruplarının formalaşdırılması və tədris prosesinin fasiləsiz təşkil edilməsi;

· Müəllim və müdavimlərin davamiyyətinin izlənilməsi və nəzarətdə saxlanılması;

· Tədris keyfiyyətinin monitorinqi və inkişaf tədbirlərinin həyata keçirilməsi;

· Dövlət Məşğulluq Agentliyi ilə həyata keçirilən peşə hazırlığı layihələrinin koordinasiya olunması;

· Layihə üzrə müdavim siyahılarının, qrupların və təlim proseslərinin idarə olunması;

· Layihələr üzrə tələb olunan hesabat və sənədlərin hazırlanması və təqdim edilməsi;

· Müdavimlərin təlim sonrası işə yerləşdirilməsi prosesinin koordinasiya olunmasına dəstək göstərilməsi;

· şəgötürən şirkətlərlə əməkdaşlığın qurulmasında iştirak etmək;

· Təlim və layihə nəticələrinin analiz edilməsi və rəhbərliyə hesabatların təqdim olunması;

· Təlim və layihə proseslərində yaranan problemlərin operativ həll edilməsi.

Tələblər

Kvalifikasiya tələbləri:

– Təhsili: Ali təhsil;

– İş təcrübəsi: Müvafiq vəzifədə 1 il iş təcrübəsi;

(Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.)

– Yaş həddi: 20–40.

Tələb olunan bilik və bacarıqlar:

· Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;

· Layihələrin idarə olunması və hesabatlılıq üzrə biliklər;

· Yüksək səviyyədə planlama və təşkilatçılıq bacarığı;

· Təlim və layihə proseslərinin monitorinqi və nəzarəti bacarığı.

· Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;

· Analitik düşünmə qabiliyyəti;

· Problem həll etmə və qərarvermə bacarığı;

· Komanda ilə işləmək bacarığı;

· Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı;

· Güclü ünsiyyət və təqdimat bacarıqları;

· Azərbaycan dili – səlis

· Rus və İngilis dillərini bilməsi üstünlükdür.

Təklif edirik:

• Əmək haqqı: 600-800; (net əmək haqqı)

• ARƏM uyğun rəsmi işə qəbul;

• 6 günlük iş qrafiki;

• Karyera inkişaf imkanı;

• Dinamik və inkişafyönümlü iş mühiti.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim-tədris üzrə koordinator” başlığı ilə

📧 hr@visionacademy.az elektron poçt ünvanına göndərə bilərlər.