Xalq Bank yerləşdirilib
İnsan Resursları və İşlər İdarəsinin Sənəd dövriyyəsinin təşkili şöbəsinin mütəxəssisi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Təsvir
- Bankın Baş ofisinə daxil olan və rəhbərliyin göstərişinə əsasən icrası nəzərdə tutulmayan məktubların əslilərini xüsusi ayrılmış qovluqda saxlamaq
- Bankın Baş ofisindən xaric olan məktubların və sənədlərin düzgünlüyünü bankdaxili qaydalara uyğun olaraq yoxlamaq, uyğunsuzluq olmadığı halda qeydiyyatını apararaq skan surətini saxlamaq və onların göndərilməsini təmin etmək;
- Bankın rəsmi blanklarının (sifariş olunmuş, korlanmış və s.) uçotunu aparmaq;
- Möhür və ştamplarla bağlı təchizatçı şirkət tərəfindən göndərilən ödəniş sənədlərini yoxlamaq, uyğunsuzluq olmadığı halda Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
- Bankın struktur bölmələri tərəfindən sifariş edilmiş qeydiyyat kitabı və uçot jurnallarının təchizatçı şirkət tərəfindən göndərilən eskizinin Bankın daxili normativ aktları və ya Bankda mövcud olan eskizlərlə uyğunluğunu, sifarişin detalları (say , növ və s.) barədə məlumatları struktur bölmələr tərəfindən “1C”-də qeyd olunan sifarişlərdəki məlumatlarla eyniliyini yoxlamaq, uyğunsuzluq olmadığı halda təsdiqləmək, uyğunsuzluq olduğu halda düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
- Daxil olan sorğu, müraciət, şikayət və təkliflərin Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodolji Rəhbərliyi” nə uyğun olaraq reyestrini işləmək;
- Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən məktubların daşınmasını təmin etmək və onlar tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə məqsədilə sənədləri Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi ilə bağlı qarşı tərəfə məlumat vermək.
Tələblər
· Ali magistr təhsili;
· Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
· Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
· Kompüter bilikləri;
· Ofis ləvazimatları ilə işləmək bacarığı;
· Komandada işləmək bacarığı;
· Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Təhsil: Magistr
Oxşar elanlar
- HR MütəxəssisiQaya Neqliyyat · 28 oktyabr 2026
- İnsan Resursları (HR) üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı ProqramıVision Academy · 26 oktyabr 2026
- İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssisPASHA Insurance · 23 oktyabr 2026
- İnsan Resursları üzrə mütəxəssis (Sərnişin daşımaları departamenti)Azərbaycan Dəmir Yolları · 19 oktyabr 2026
- İR Biznes Tərəfdaşı (Sabirabad)OBA marketlər şəbəkəsi · 21 oktyabr 2026
- İnsan Kapitalı üzrə Biznes PartnyorAZINTELECOM · Dünən