Korporativ Satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi

İşin təsviri

· Müştərilər üçün nəzərdə tutulan bank məhsullarının və xidmətlərinin genişləndirilməsi məqsədilə potensial və mövcud müştərilərin fəaliyyətinin müxtəlif meyarlarını təhlil etmək;

· Aparılmış təhlillərin nəticəsinə əsasən müştərilər üçün güzəştli tarif dərəcələrinin tətbiqinə, o cümlədən məhsul və xidmətlərin yaradılmasına dair təkliflər hazırlanmaq;

· Müştərilərin bank xidmətlərinə olan ehtiyaclarını müəyyən etməklə həmin ehtiyaclara uyğun olaraq məhsulların satışının həyata keçirilməsini təmin etmək və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımlar atmaq;

· Müştərilər üçün nəzərdə tutulan bank məhsulları və xidmətlərinin satışı üzrə hesabatlar hazıralmaq;

· İdarə rəisinin bu sahə üzrə verdiyi tapşırıqları yerinə yetirmək.

· Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;

· Kredit, qarantiya, ipoteka/girov və s. müqavilələri tərtib etmək;

· Hesabatlar hazırlamaq;

· Proqram təminatında müxabirləşmələr aparmaq;

· Görülmüş işlər üzrə hesabat vermək.

Tələblər

· Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə ali təhsilin olması;

· Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);

· Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;

· Yüksək səviyyədə satış bacarığı;

· Maliyyə hesabatlarının təhlil etmə bacarığı;

· Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.