İşin təsviri
· Bank üzrə Enterprise Risk Management (ERM) çərçivəsinin hazırlanmasını, tətbiqini və davamlı təkmilləşdirilməsini təmin edir;
· Risklərin identifikasiyası, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığı üzrə metodologiyaların hazırlanmasını və tətbiqini təşkil edir;
· Risk İştahası Bəyannaməsinin (Risk Appetite Statement) hazırlanmasını, monitorinqini və dövri yenilənməsini koordinasiya edir;
· Əsas Risk Göstəricilərinin (KRI) müəyyən edilməsini, monitorinqini və təhlilini təmin edir;
· Bank üzrə Risk Reyestrinin, Risk Xəritəsinin və digər ERM alətlərinin yaradılmasını və təkmilləşdirilməsini təmin edir;
· Risk və nəzarət mühitinin qiymətləndirilməsi məqsədilə RCSA prosesinin həyata keçirilməsini koordinasiya edir və nəticələrinin monitorinqini aparır;
· Yeni yaranan risklərin müəyyən edilməsini təşkil edir və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir;
· Bankın risk mədəniyyətinin inkişafı məqsədilə maarifləndirmə tədbirlərini və təlimləri təşkil edir.
· Riskləri İdarəetməsi Komitəsi, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;
· Risk göstəricilərinin təhlilini aparır, əsas risk meyillərini müəyyən edir və rəhbərliyə qərarvermə üçün analitik məlumat təqdim edir;
· Risk məlumatlarının keyfiyyətinə nəzarət edir, məlumat bazalarının inkişaf etdirilməsini və avtomatlaşdırılmasını təşviq edir;
· Risk hesabatlarının beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun təkmilləşdirilməsini təmin edir;
· Dashboard və BI əsaslı risk hesabatlarının hazırlanması üzrə təşəbbüslərdə iştirak edir.
Tələblər
· İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə ali təhsil;
· Bank sektorunda, xüsusilə risklərin idarə olunması, ERM, risk hesabatlılığı və ya əməliyyat risklərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi;
· Azərbaycan və ingilis dillərində sərbəst işləmə bacarığı;
· Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları, qaydaları və tələbləri üzrə biliklər;
· FRM, CFA, CRISC və ya digər beynəlxalq risk idarəetmə sertifikatlarının olması və ya əldə edilməsinə marağın olması üstünlük hesab olunur.