İşin təsviri
- Qiymətli kağızlar bazarında əməliyyatların aparmaq;
- Banklararası cəlbetmə / yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
- Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
- Banklar, ölkə daxilində fəaliyyət göstərən kapital şirkətləri və fərdi sahibkarlarla iş;
- Əməkdaşlıq etdiyi yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
- Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə və əməliyyatlara nəzarət etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Tələblər
- Ali magistr təhsili;
- Hərbi xidmət keçmiş, hərbi xidmətə çağışıra möhlət hüququ və ya çağırışdan azad olmalı (kişilər üçün);
- Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
- Mərkəzi Bank tərəfində verilmiş A; B; C kateqoriyalı ixtisas şəhadətnaməsi olmalı;
- Bakı Fond Birjasından Broker əməliyyatlarının aparılması üçün verilmiş lisenziya olmalı;
- Avtomatlaşma işlərinin yaradılması, proqram təminatı testlərinin aparılması işində aktiv iştirak etmə bacarığı olmalı;
- İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
- İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodlarını bilməli;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
- Komandada işləməyi bacarmalı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Ünsiyyətcil və təşəbbüskar olmalı;
- MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.