İşin təsviri
Təsvir
- Anbara daxil olan malların qəbulunda anbardarın göstərişi ilə iştirak etmək;
- Qəbul olunan malların sayının və vəziyyətinin yoxlanılmasına kömək etmək;
- Təyin olunmuş sənədlərlə malın uyğunluğunu yoxlamaq (qaimə, faktura və s.);
- Malların anbarda düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsinə kömək etmək;
- Anbar inventarizasiyası (sayım) zamanı anbardara dəstək olmaq;
- Anbarın təmiz, səliqəli və təhlükəsiz saxlanılmasına kömək etmək;
- Anbardar tərəfindən aparılan sənədləşmələrdə texniki köməklik göstərmək;
- Mal qalığı, qəbul və çıxarış qeydiyyatına dair ilkin məlumatları hazırlamaq;
- Anbardarın birbaşa göstərişlərini vaxtında və düzgün yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi 1 ilədək;
- MS Office proqramları üzrə biliklər;
- Şəxsi keyfiyyətlər: Dəqiq, punktual, məsuliyyətli olmalı;
- Komandada işləmə bacarığına sahib olmalı;
- Xudat və ya yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir.