İşin təsviri
- Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşımaq;
- İllik epzootik tədbirlər planını hazırlamaq və planın yerinə yetirilməsini təmin etmək;
- Heyvandarlıq şöbəsində müalicə, müayinə, profilaktik proqramları işləyib hazırlamaq və həmin proqram əsasında tədbirləri həyata keçirmək;
- İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin etmək;
- Heyvan ölümlərinin səbəbini müəyyənləşdirmək, lazım gəldikdə patoloji yarmalar aparmaq və nəticələr barədə rəhbərliyə hesabat vermək.
Tələblər
- Ali təhsil (Baytarlıq ixtisası üzrə);
- Baytarlıq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Xarici dil biliklərinin olması arzuolunandır (rus, ingilis);
- Microsoft Office və 1C proqramları üzrə biliklərin olması;
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı olmaq;
- Komandada işləmək bacarığı.