Süni mayalanma üzrə mütəxəssis (Ağsu)

İşin təsviri

Qəbələ Aqroparkının Ağsu təsərrüfatında heyvanların cins tərkibinin və məhsuldarlığının artırılması məqsədilə süni mayalanma prosesini təyin olunmuş standartlara uyğun həyata keçirəcək, mayalanmış heyvanların uçotunu dəqiq aparacaq və baytarlıq heyəti ilə koordinasiyalı çalışacaq Süni mayalanma üzrə mütəxəssis axtarışındayıq. Bu vəzifə təsərrüfat daxilində nəsil artımının düzgün planlaşdırılmasına və laboratoriya avadanlıqlarının steril saxlanılmasına cavabdehdir.

Tələblər

Əsas Öhdəliklər

  • Mayalanma prosesini təyin edilmiş qaydalara əsasən aparmaq;
  • Süni mayalanma aparılmış heyvanları müşahidə altında saxlamaq və təlimata uyğun olaraq sürüyə geri qaytarmaq;
  • Mayalanmış heyvanların dəqiq uçotunu qeydiyyat jurnalında aparmaq və sürü idarəetmə operatoruna bildirmək;
  • Heyvanların təkrar mayalanma üçün uçotunu təşkil etmək;
  • Mayalanma aparılmayan, bir neçə dəfə təkrar mayalanan və ya qısırlıq müşahidə edilən heyvanlar haqqında bölmə rəhbərinə məlumat vermək;
  • İstifadəsində olan laboratoriya avadanlığı və inventarların steril şəraitdə və düzgün saxlanmasını təmin etmək;
  • Baytar həkimlərin ixtisasa uyğun tələblərini və tapşırıqlarını yerinə yetirmək;
  • İşində texniki təhlükəsizlik, yanğından mühafizə və əməyin mühafizəsi norma və qaydalarına əməl etmək.

Namizədə dair Tələblər

  • Təhsil: Baytarlıq sahəsi üzrə ali və ya orta ixtisas (texniki) təhsili;
  • Təcrübə: Süni mayalandırma sahəsində minimum 1 il iş təcrübəsi;
  • Şəxsi keyfiyyətlər: Məsuliyyətli, intizamlı, stres vəziyyətlərinə davamlı olmaq və komandada işləmək bacarığı.