Məzmuna keçin
Zarat Import Export yerləşdirilib

Ofis Meneceri

Maaş
500 – 600 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Zarat Şirkətlər Qrupu peşəkar komandasına inkişaf etməyə, yeniliklərə açıq və işində məsuliyyətli, yüksək ünsiyyət bacarıqı olan təcrübəli Ofis Meneceri axtarır!

Əsas vəzifə və məsuliyyətlər

Daxil olan zəngləri, elektron məktubları və müraciətləri operativ yönləndirmək, cavablandırılmasını izləmək;

Rəsmi məktubları, arayışları və digər inzibati sənədləri peşəkar üslubda hazırlamaq;

Ofis ləvazimatları və inzibati xidmətlər üzrə ehtiyacları, sifarişləri və xərclərin uçotunu izləmək;

Rəhbərliyə görülmüş işlər və açıq məsələlər barədə qısa, strukturlaşdırılmış hesabat təqdim etmək;

Məxfi məlumatlarla işləyərkən dəqiqliyi və konfidensiallığı qorumaq.

İş şəraiti

İş qrafiki : 6 günlük (şənbə günü qısa)

Əmək haqqı: bilik və bacarıqlara əsasən ilkin 500-600 AZN

CV-lərinizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Ali təhsil
  • Ofis idarəçiliyi, inzibati koordinasiya və ya rəhbər köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan və rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, rəsmi yazışma bacarığı
  • MS Excel, Word və Outlook proqramlarından istifadə
  • Problemləri vaxtında görmək, həll variantları təklif etmək və verilmiş səlahiyyət daxilində müstəqil işləmək
  • İşgüzar etika, detallara diqqət və nəticəyə görə məsuliyyət

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →