Vakansiya haqqında
Zeytun Pharmaceuticals — Azərbaycanın aparıcı əczaçılıq distribütorlarından biri — eksklüziv məhsul portfeli üzrə komandasını genişləndirir və Satış nümayəndələri axtarır.
Vəzifə öhdəlikləri:
Təhkim olunmuş apteklərlə zəng və vizitlər vasitəsilə iş, sifarişlərin Moby-S mobil sistemi ilə qəbulu
Satış planının icrası, yeni apteklərin cəlb edilməsi və təkrar sifarişlərin təmin edilməsi
Apteklərdə stok qalıqlarına və yararlılıq müddətinə nəzarət
Ehtiyac olduqda rəfdə məhsul düzülüşü və POSM yerləşdirilməsi
Farmasevtlərə məhsullar və aksiyalar barədə məlumat verilməsi
Gündəlik fəaliyyətin Moby-S-də qeydiyyatı və hesabatlılıq
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Satış sahəsində ən azı 1 il təcrübə
- Telefonla satış və danışıq bacarığı
- Smartfon tətbiqləri və MS Excel ilə işləmək bacarığı
- Azərbaycan dilini mükəmməl bilmək
- Ünsiyyətcillik, intizam, nəticəyə yönümlülük
Üstünlük hesab olunur
- Əczaçılıq, tibb, biologiya, kimya üstünlükdür
- Aptek, farma və ya FMCG təcrübəsi üstünlükdür
- Rus dili üstünlükdür
- Sürücülük vəsiqəsi üstünlükdür
Oxşar elanlar
- Vizual merçandayzerKaraca · Dünən
- Satış mütəxəssisiTAİS İKF · 2 gün əvvəl
- Satış üzrə menecerFostanpak MMC · 2 gün əvvəl
- Satış təmsilçisiEmbawood · 2 gün əvvəl
- Satış koordinatoruRəmzioğlu paxlava · 2 gün əvvəl
- Telesatış üzrə mütəxəssisPASHA Life · 2 gün əvvəl