Sürücü cəlbi üzrə satış mütəxəssisi

Apply for this job

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətinin balansında olan avtomobillərə yeni sürücülərin aktiv cəlb olunmasını təmin etmək;
  • TikTok, Instagram və digər sosial şəbəkələr vasitəsilə potensial sürücülərlə əlaqə qurmaq;
  • TikTok və Instagram platformalarında canlı yayımlar apararaq şirkətin əməkdaşlıq şərtlərini təqdim etmək və sürücüləri əməkdaşlığa cəlb etmək;
  • Potensial sürücülərin suallarını cavablandırmaq, etirazlarını idarə etmək və onları əməkdaşlığa yönləndirmək;
  • Potensial sürücülərlə ilkin müsahibələr keçirmək;
  • Əməkdaşlıq şərtləri, plan sistemi və iş prosesi barədə ətraflı məlumat vermək;
  • Yeni sürücü cəlbetmə üsullarını araşdırmaq və təkliflər irəli sürmək.

Tələblər:

  • Xanım namizədlər;
  • Aktiv satış, müştəri cəlbetmə və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Kamera qarşısında sərbəst çıxış etmək və canlı yayımlar aparmaq bacarığı;
  • TikTok, Instagram və digər sosial şəbəkələrdən aktiv istifadə bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
  • Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq.

Şərtlər:

  • İş qrafiki: 5 günlük, 09:00 – 18:00
  • İş yeri: Nəqliyyat mərkəzinin ofisi
  • Əmək haqqı + bonus sistemi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Sürücü cəlbi üzrə satış mütəxəssisi” qeyd etməklə hr@taxibaku.az elektron ünvanına göndərsinlər