Məzmuna keçin
ABB-İnvest İnvestisiya Şirkəti QSC yerləşdirilib

Hüquqşünas

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

Şəhər: Bakı

İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)

Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri

Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;

Hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək;

Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

Müqavilə layihələrini hazırlamaq, müqavilələrin ekspertizasını həyata keçirərək qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək (xüsusən xarici Kontragentlərlə bağlanılan müqavilələrin);

Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə aparmaq, digər şöbələrdən gələn hüquqi məsələlər üzrə sorğuları cavablamaq, bütün növ hüquqi sənədlərin tərtib edilməsində hüquqi dəstək göstərmək;

Daxili Qaydaların layihəsinin hazırlanmasında iştirak etmək, həmin qaydalar üzrə Təqdimatlar hazırlamaq;

Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclaslarının protokollarını hazırlamaq və digər bu kimi katiblik funksiyasını həyata keçirmək.

Tələblər

  • Hüquq sahəsi üzrə ali təhsil
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları)
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı
  • Korporativ hüquq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi
  • AR Mülki, Mülki-prosessual, Əmək Məcəllələri üzrə peşəkar biliklərə, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktları barədə biliklərə malik olmaq
  • Layihələr hazırlamaq, hüquqi təhlil aparmaq və katiblik bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik, etik davranış prinsiplərinə sadiqlik

Üstünlük hesab olunur

  • Magistratura təhsili üstünlükdür
  • Maliyyə sektorunda (bank, sığorta, investisiya və s.) iş təcrübəsi üstünlükdür
  • Kapital bazarını tənzimləyən digər normativ hüquqi aktları bilməsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →