Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
Şirkətin hüquqi maraqlarını qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər görmək;
Müqavilələrin, sazişlərin, protokolların və digər hüquqi sənədlərin hazırlanmasını, təhlilini və hüquqi ekspertizasını həyata keçirmək;
Şirkətdaxili əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
Şirkətin dövlət qurumları, hüquqi və fiziki şəxslərlə münasibətlərində hüquqi məsələlərin tənzimlənməsini təmin etmək;
Məhkəmə və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək;
Hüquqi sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin etmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək;
Hüquqi sənədlərin sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin etmək.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Tam iş günü;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
- Hüquq sahəsində minimum 5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar üzrə mükəmməl biliklər
- İcra haqqında qanunvericilik və beynəlxalq hüquqi normalar barədə biliklər
- Müqavilə hüququ, əmək münasibətləri və korporativ hüquq sahəsində praktiki təcrübə
- Hüquqi sənədlərin hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı
- Analitik düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı
Oxşar elanlar
- Hava Limanında Hüquqşunas"VİP Xidmətlər Qrupu" MMC · Dünən
- HüquqşünasFalcon Finance · 2 gün əvvəl
- Risk və komplayens meneceriGroup Motors · 2 gün əvvəl
- Hüquq şöbəsi / Baş hüquqşunasAzerGold CJSC · 6 gün əvvəl
- “Gəncə ” filialının hüquq məsləhətçisiXalq Bank · 6 gün əvvəl
- HüquqşünasTABIA Group · 5 noyabr 2026