Vakansiya haqqında
ABV komandamıza Logistika və Satınalma üzrə mütəxəssis axtarırıq!
Əgər logistika və satınalma sahəsində təcrübəniz varsa, təchizatçılarla işləmək, danışıqlar aparmaq və prosesləri effektiv idarə etmək bacarığına maliksinizsə, komandamıza qoşulmaq üçün müraciət edin!
Vəzifə öhdəlikləri:
Yerli və xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
Xarici sifarişlərin və çatdırılma proseslərinin izlənilməsi və nəzarətdə saxlanılması;
Müqavilə, hesab-faktura, təhvil-təslim və gömrük sənədlərinin hazırlanması və idarə edilməsi;
Nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;
Satınalma və logistika prosesləri üzrə müvafiq hesabatların hazırlanması.
Tələblər
- Logistika və satınalma sahəsində minimum 2–3 il iş təcrübəsi
- İqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr üzrə ali təhsil
- Azərbaycan və rus dillərini sərbəst bilmək
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər
- Yerli və xarici təchizatçılarla işləmək və danışıqlar aparmaq bacarığı
- Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti
- Komanda ilə işləmək və iş proseslərini effektiv koordinasiya etmək bacarığı
Üstünlük hesab olunur
- İngilis dili arzuolunandır
Oxşar elanlar
- Şəxsi Avtomobili ilə SürücüTitan Group · 3 gün əvvəl
- Satınalma üzrə mütəxəssisGuven Technology LLC · 3 gün əvvəl
- Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)Galeon Seafood MMC · 3 gün əvvəl
- Младший менеджер по закупкамPharmaline Group · 4 gün əvvəl
- Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)AZCD Group QSC · 4 gün əvvəl
- SürücüGEN PHARMA CAUCASUS MANUFACTURING OPERATIONS · 4 gün əvvəl