İşin təsviri
- Bankın arxivinə daxil olan bank sənədlərinin qəbulu və saxlanılması.
- Bankın departamentlərindən və filiallarından arxivə sənədlərin təhvil verilməsinə dair ərizələrin qəbulu.
- Bankın sirrini təşkil edən məlumatların üçüncü şəxs(lər)ə bəlli olmasının qarşısının alınması.
- Üçüncü (kənar) şəxslərin arxiv sahəsinə buraxılmasının qarşısının alınması.
- Bank sənədlərinin, bank əməkdaşları olmayan şəxslərə ötürülməsinin qarşısının alınması.
- Sənədlərin qorunub saxlanılması və arxiv sahəsində səliqə-səhman təmin olunması.
- Arxiv sahəsində sənədlərin şöbə və filial üzrə yerləşdirilməsi.
- Departamentlətrdən və filiallardan gələn sənədlərin, onlara əlavə edilmiş aktlarla tutuşdurulması.
- Saxlanma müddəti bitmiş sənədlərin seçilməsi və məhv edilməsi prosesində iştirak etmək.
- Sənədlərin mühafizəsinə dair tələb olunan bütün normativ hüquqi sənədlərin tələblərinə əməl etmək.
- Arxiv daxilində əməyin mühafizəsinə və yanğın təhlükəsizli qaydalarına riayət etmək.
- Arxiv və Adminstrasiya və Təhlükəsizlik departamenti rəhbərləri tərəfindən qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Arxiv və sənəd idarəetməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
- Arxiv sənədlərinin qəbulu, qeydiyyatı, saxlanılması və çeşidlənməsi üzrə praktiki biliklər;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və intizamlı yanaşma;
- Komandada işləmək və yüksək ünsiyyət bacarığı.