Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Nasos stansiyaları, nəm tullantı anbarı (TSF) və digər əlaqəli mexaniki avadanlıqların təhlükəsiz, etibarlı və fasiləsiz istismarını təmin etmək;
Nasoslar, mühərriklər, boru xətləri, klapanlar və digər mexaniki sistemlər üzrə planlı (qabaqlayıcı) və cari təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
Nəm tullantı anbarında istifadə olunan nasos və mexaniki avadanlıqların texniki vəziyyətini izləmək və fasiləsiz işləməsini təmin etmək;
Avadanlıqlarda yaranan nasazlıqları operativ müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
Ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək, siyahılar hazırlamaq və sifariş prosesində iştirak etmək;
Avadanlıqların texniki baxış və profilaktik xidmət cədvəllərinin icrasına nəzarət etmək;
Texniki sənədləri, sxemləri və çertyojları oxumaq və tətbiq etmək;
Təmir və texniki xidmət işləri üzrə hesabatlar hazırlamaq və avadanlıqların fəaliyyət göstəricilərini izləmək;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək;
İstehsalat, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyalı əməkdaşlıq etmək.
Tələblər
- Mexanika Mühəndisliyi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi, Meliorasiya və Su Təsərrüfatı Tikintisi Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil
- Nasoslar, mühərriklər və mexaniki avadanlıqlara aid texniki sənədləri, sxemləri və çertyojları oxumaq bacarığı
- Nasos sistemləri və onların istismarı barədə texniki biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı
- Məsuliyyətlilik, diqqətlilik və yüksək təşkilatçılıq bacarığı
- Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi
- Yemək xərclərinin qarşılanması
- Tibbi sığorta
- Korporativ iş mühiti və karyera inkişaf perspektivləri
Üstünlük hesab olunur
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur
- Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır
- Məcburi köçkünlərə üstünlük veriləcəkdir
Oxşar elanlar
- Daxili təmir-tamamlama işləri üzrə menecer (Ağdərə)North West · 22 noyabr 2026
- Junior Validation SpecialistSCANDENS · 2 gün əvvəl
- SƏTƏM üzrə mühəndis - Şəki / QəbələCapital Construction MMC · 2 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə İnspektor (İmişli)Azersun Holding · 2 gün əvvəl
- SƏTƏM üzrə mütəxəssisAzerbaijan Poultry Company · 2 gün əvvəl
- İnformasiya Texnologiyaları üzrə dəstək MütəxəssisiM-Trans · 2 gün əvvəl