Məzmuna keçin
Azerbaijan Poultry Company yerləşdirilib

SƏTƏM üzrə mütəxəssis

Şəhər
Bakı

Vakansiya haqqında

Vakansiya haqqında məlumat:

Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;

İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;

İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;

Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək;

Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək;

Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək;

Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;

Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək;

Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkil etmək;

Üçüncü tərəf təşkilatlar ilə (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq;

İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin tədqiqatında iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq;

İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;

Tələblər

  • Ali təhsil
  • Müvafiq iş üzrə ən azı 1 (bir) il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və yazı
  • Müvafiq sertifikata malik
  • Fəaliyyətinə aid olan normativ və metodiki materialları
  • Çeviklik və uyğunlaşma bacarığı
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
  • İş şəraitinin şərtləri
  • Ə/h- 988 AZN (gross)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →