Vakansiya haqqında
Təsvir
İnformasiya təhlükəsizliyi sistemlərinin (WAF, NGFW, EDR, DLP, PAM, SIEM, MDM və s.) layihələndirilməsi, quraşdırılması, sazlanması, idarə edilməsi və fasiləsiz işləməsinin təmin edilməsi;
Veb tətbiqlərin və API-lərin WAF vasitəsilə qorunması, təhlükəsizlik siyasətlərinin hazırlanması, yanlış pozitiv halların azaldılması və qaydaların optimallaşdırılması;
Yeni veb tətbiqlərin WAF-a inteqrasiyasının və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi;
Firewall və digər şəbəkə təhlükəsizliyi avadanlıqlarında giriş qaydalarının tənzimlənməsi və optimallaşdırılması;
Serverlərin, iş stansiyalarının və şəbəkə avadanlıqlarının CIS Benchmarks və daxili standartlara uyğun sərtləşdirilməsi (hardening);
Endpoint təhlükəsizliyi və mobil cihazların idarə edilməsi həllərinin tətbiqi və inkişaf etdirilməsi;
Məlumat sızıntısının qarşısının alınması (DLP) və imtiyazlı girişlərin idarə edilməsi (PAM) sistemlərinin idarə edilməsi və dəstəklənməsi;
Təhlükəsizlik zəifliklərinin aşkarlanması, nəticələrin təhlili və aradan qaldırılması prosesinin İT komandaları ilə birlikdə izlənilməsi;
Şirkət layihələrində və İT infrastrukturunda dəyişikliklər zamanı kibertəhlükəsizlik tələblərinin müəyyən edilməsi və tətbiqi;
Təhlükəsizlik sistemlərinin yenilənməsi, yüksək əlçatanlıq və bərpa ssenarilərinin test edilməsi;
Daxili və xarici auditlərdə iştirak, texniki sübutların təqdim edilməsi və audit tapıntıları üzrə düzəldici tədbirlərin icrası;
Texniki sənədlərin, konfiqurasiyaların və iş təlimatlarının hazırlanması və yenilənməsi;
Təhlükəsizlik göstəricilərinin (KPI/KRI) izlənilməsi, hesabat və təqdimatların hazırlanması;
Təchizatçılar və texniki dəstək komandaları ilə əməkdaşlıq.
Tələblər
- İnformasiya təhlükəsizliyi sahəsində 1–2 il iş təcrübəsi
- Təhlükəsizlik həllərinin (WAF, NGFW, IPS/IDS, EDR/XDR, DLP, PAM, SIEM, MDM, e-poçt təhlükəsizliyi və s.) quraşdırılması, sazlanması və istismarı üzrə nəzəri və praktiki biliklər
- WAF həllərinin idarə edilməsi, imza və qaydaların tənzimlənməsi üzrə praktiki biliklər
- Firewall və NGFW qaydalarının idarə edilməsi, şəbəkə seqmentasiyası və VPN həlləri üzrə biliklər
- Şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S, TLS/SSL, SMTP) və şəbəkə arxitekturası üzrə biliklər
- Endpoint təhlükəsizliyi, MDM və sistemlərin sərtləşdirilməsi üzrə praktiki biliklər
- DLP və PAM həllərinin iş prinsipləri və idarə edilməsi üzrə biliklər
- Windows Server və Linux əməliyyat sistemlərinin təhlükəsiz administrasiyası üzrə biliklər
- Active Directory, Entra ID (Azure AD), LDAP, MFA, SSO və IAM prinsipləri üzrə biliklər
- Zəifliklərin aşkarlanması və idarə edilməsi alətləri ilə işləmək bacarığı
- SSL/TLS sertifikatlarının və açıq açar infrastrukturunun (PKI) idarə edilməsi üzrə biliklər
- ISO/IEC 27001, NIST CSF və CIS Benchmarks üzrə biliklər
- Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə tələbləri və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
- PowerShell, Python və ya Bash vasitəsilə proseslərin avtomatlaşdırılması bacarığı
Üstünlük hesab olunur
- Üstünlük verilən bilik və təcrübələr
Oxşar elanlar
- Baş mexanikPrime Cotton · Dünən
- Baş energetikPrime Cotton · Dünən
- Data AnalitikATB Bank · Dünən
- Aparıcı Data AnalitikATB Bank · Dünən
- Proqram təminatı üzrə mütəxəssisZeytun Pharmaceuticals · 2 gün əvvəl
- Billing Solution ExpertEsyasoft CIS · 2 gün əvvəl