Vakansiya haqqında
Müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və analitik emalını həyata keçirmək;
SQL və PL/SQL vasitəsilə məlumatların əldə edilməsi və mürəkkəb analitik sorğuların hazırlanmasını təmin etmək;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və avtomatlaşdırılmasını həyata keçirmək;
KPI və əsas biznes göstəricilərinin hesablanması, monitorinqi və təhlilini aparmaq;
Power BI, Apache Superset və digər BI platformalarında interaktiv dashboard və analitik hesabatlar hazırlamaq, mövcud hesabatları təkmilləşdirmək;
Məlumatların keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;
Böyük həcmli məlumatlar üzrə kompleks analizlər aparmaq, tendensiyaları və qanunauyğunluqları müəyyən etmək;
Biznes bölmələrinin hesabat və analitik ehtiyaclarını təhlil edərək müvafiq həllər hazırlamaq;
Ad-hoc sorğular əsasında operativ analitik hesabatlar hazırlamaq;
Analitik nəticələri və əsas göstəriciləri aidiyyəti struktur bölmələrə təqdim etmək;
Data Governance prinsiplərinə uyğun olaraq məlumatların keyfiyyətini, tamlığını və idarəolunmasını təmin etmək;
Hesabatların metodologiyasını, biznes qaydalarını və məlumat mənbələrini sənədləşdirmək.
Tələblər
- Data analitikası, Business Intelligence və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
- Ali təhsil
- SQL və PL/SQL üzrə bilik
- Power BI\Superset və ya digər vizuallaşdırma alətləri ilə işləmək bacarığı
- Python və ya R vasitəsilə məlumatların təhlili üzrə bilik
- Data governance haqqında ümumi biliklər
- Məlumatların təmizlənməsi və transformasiyası üzrə anlayış
- Dashboard, hesabat və analitik göstəricilərin hazırlanması bacarığı
- Statistik metodlar və analitik yanaşmalar üzrə bilik
- Böyük həcmli məlumatlarla işləmək və nəticələri düzgün şərh etmək bacarığı
- JSON, XML və API üzrə anlayış
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Komandada işləmək və işgüzar ünsiyyət bacarığı
- Bank məlumatları, məhsulları və biznes proseslərinə maraq
Üstünlük hesab olunur
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Statistika, Riyaziyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür
Oxşar elanlar
- Baş mexanikPrime Cotton · Dünən
- Baş energetikPrime Cotton · Dünən
- Kibertəhlükəsizlik üzrə mütəxəssisPASHA Life · Dünən
- Data AnalitikATB Bank · Dünən
- Proqram təminatı üzrə mütəxəssisZeytun Pharmaceuticals · 2 gün əvvəl
- Billing Solution ExpertEsyasoft CIS · 2 gün əvvəl